Maraq dünyası
Bioloqlar qocalmanı gecikdirən effektiv LƏNGİTMƏ ÜSULU tapdılar
Amerika alimləri qocalma prosesini ləngidən effektiv üsul kəşf ediblər. Los Ancelesdə yerləşən Kaliforniya universitetində aparılan tədqiqatların nəticəsi "Nature Communications" jurnalında dərc edilib.
Publika.az xəbər verir ki, ekspertlər diqqəti orqanizmin gündəlik ritmlərinə nəzarət edən genlərin fəaliyyətinə yönəldiblər. İnsanın yaşlanması orqanizmdə hüceyrələrin yaşlanmasına və ölməsinə səbəb olur. Alimlər insanlarda yaşlanma prosesinin qarşısını almaq üçün meyvə milçəklərinin uzunömürlülüyünü müşahidə ediblər. Onların orqanizmində olan biopolimerlər ölmüş hüceyrələri təmizləyir və yaşlanmanın qarşısını alır.
Normalda insan həyatının müəyyən mərhələsindən sonra orqanizmdə olan orqanoidlərin həcmi böyüyərək onlara öz funksiyalarını yerinə yetirməyə mane olur. Və bu da sürətlə yaşlanmaya səbəb olur.
Mütəxəssislər meyvə milçəklərinin ömrünü uzatmağın yolunu tapıblar. Bu üsuldan istifadə edərək erkək həşəratların yaşama müddəti 12, dişilərin isə ömrü 20 faiz uzadılacaq. Bunun səbəbi "Drp 1" zülalıdır ki, zaman keçdikcə meyvə milçəklərinin orqanizmində azaldığı üçün onların ölümünü yaxınlaşdırır.
Drp1 səviyyəsinin artması ilə, böyük mitoxondrilərin sayı azalmağa başlayır və beləliklə "Drp 1" zülalı 30 sutka ərzində drozofillərin ən yüksək səviyyəsinə çata bilir.
Araşdırmalar həm də onu sübut edib ki, "Atg 1" genlərinin aktivləşməsi ölmüş mitoxondrilərin təmizlənməsinə kömək edir. Bu orta yaşlı əzələnin cavanlaşdırılmasına bənzəyir.
Devid Volker deyir ki, biz faktiki olaraq meyvə milçəklərinin sağlamlığına müdaxilə edərək onların yaşlanmasını 7 gün gecikdirdik. Bu isə onların cavanlaşmasına və həyat fəaliyyətinin yaxşılaşmasına kifayət edib.
Sınaqların nəticələrinə görə, mütəxəssislər gələcəkdə bu zülalın preparatlarını da hazırlamağı düşünürlər.
Könül Cəfərli
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...