DÜNYA REKORDU: 13 yaşlı qız ölümüylə 8 nəfərin həyatını xilas etdi - - FOTO
Bizi izləyin

Maraq dünyası

DÜNYA REKORDU: 13 yaşlı qız ölümüylə 8 nəfərin həyatını xilas etdi - - FOTO

13 yaşlı qızın ölümcül beyin anevrizmasından əziyyət çəkdiyi ortaya çıxıb.

İngiltərədə yaşayan Jemima Layzell adlı 13 yaşlı qızın ölümcül beyin anevrizmasından əziyyət çəkdiyi ortaya çıxıb.

Publika.az xəbər verir ki, o, hələ sağ ikən 5-i azyaşlı olmaqla, 8 nəfərə donor olmağa razılıq verib.

Beləliklə, 13 yaşlı qızın ürəyi, ağ ciyəri, düz bağırsağı olduğu kimi, qara ciyəri isə iki yerə bölünərək donor kimi istifadə edilib. Böyrəkləri isə iki insana ikinci həyat bəxş edib.

İngiltərənin Milli Sağlıq Komitəsi verdiyi açıqlamada daha öncə heç bir donorun bu qədər orqan bağışlamadığını bildirib. Jemima 8 fərqli insana donor olaraq bir dünya rekorduna imza atıb.

Jemimanın ailəsi övladlarının zəkalı, mərhəmətli və yaradıcı biri olduğunu və onun qoyduğu mirasla qürur duyduqlarını deyib. Valideynlər Jemima vəfat etmədən öncə orqan bağışlanması haqqında çox da bilgisi olmayan qızlarına bu mövzunun mahiyyətini açıqlayıb və onu orqanlarını bağışlamağa razı salıb.

Jemima öldükdən qısa müddət sonra ürək nəqli üçün donor gözləyən uşaqlarla bağlı bir proqramı izləyən ailə qızlarının orqanlarını azyaşlı xəstələrə verməyi qərara alıb.

Jemimanın irsini qoruyub saxlamaq və davam etdirmək istəyən ailə onun adını daşıyan “Jemima Layzell Trust” adlı yardım dərnəyi də qurub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm