Cinsi qabiliyyətiniz artıq 1 foto ilə təyin olunacaq
Bizi izləyin

Maraq dünyası

Cinsi qabiliyyətiniz artıq 1 foto ilə təyin olunacaq

ABŞ-ın Standford Universitetin professorları insanın cinsi meyillərini fotodan təyin edən alqorifm düzəldib.

Publika.az xəbər verir ki, “Şəxsiyyət və Sosial Psixologiya Jurnalı”nda (Journal of Personality and Social Psychology) mövzuya dair yayımlanan məqalədə tək bir fotodan cinsi meyli təyinetmə həssaslığının kişilərdə 81, qadınlarda isə 74% olduğu bildirilib.

Məqalədə yer alan müqayisəli məlumatlar insanların bu mövzuda daha pis nəticələr verdiyini göstərib.

Mövzu ilə bağlı araşdırmada 75 000-dən çox insana aid fotodan istifadə edilib. Alqorifmdə bir insana aid 5 fotodan istifadə olunarkən cinsi meylin faizini dəqiq tapmaq imkanının kişilərdə 91, qadınlarda 83%-ə qalxdığı ortaya çıxıb.

Məqalədə homoseksual fərdlərin də cinsi qabiliyyətinin təyin edilməsinə yer verilib. Homoseksual qadın və kişilərin fərqli üz quruluşu və ifadəsi olmasına rəğmən, bir insanın cinsi meylinin doğuluşundan öncə formalaşdığı bildirilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm