• USD 1,7001 0,00% EUR 1,9983 0,00%
    • GBP 2,2653 0,00% RUB 0,0287 0,00%

“Cassini” Yeri məhv edə bilərmi? - RƏSƏDXANADAN AÇIQLAMA

“Cassini” Yeri məhv edə bilərmi? - RƏSƏDXANADAN AÇIQLAMA

Son 13 ildir Saturn planetini öyrənən “Cassini” insansız kosmos gəmisi fəaliyyətini sona çatdıraraq partlayıb. NASA mütəxəssislərinin fikrinə görə, “Cassini”nin qalıqları tərkibində genləri məlum olmayan bir sıra bakteriyalar daşıyır. Qalıqların Yer planetinə düşmə ehtimalı isə olduqca yüksəkdir. Alimlər belə olan halda bəşəriyyətin sonuna yol açacaq ciddi təhlükələrin yarana biləcəyini deyir.

Mövzu ilə bağlı AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası ilə əlaqə saxladıq. Rəsədxananın fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Ədalət Ətayi Publika.az-a açıqlamasında, “Cassini” peykinin qalıqlarının Yer planetinə çatmamış məhv olacağını dedi:

““Cassini” kosmik gəmisi artıq öz ömrünü başa vurub. Saturn planetinin öyrənilməsində istifadə edilən kosmik gəminin Yerə bakteriya gətirməsi o qədər də inandırıcı deyil. Əksinə, alimlər kosmosa göndərdikləri cihazın planetlərə bakteriya aparmasından ehtiyat edir. Hətta Marsa göndərilən kosmik cihazlara bu mövzuda diqqət edirlər. Çünki bu, gələcəkdə planetlərdə həyat axtarışı zamanı maneələr törədə bilər. Yer planetində həyat olduğu üçün bakteriyaların yaranma və inkişaf etməsi üçün kifayət qədər imkan var. "Cassini"n qəlpələri isə o qədər kiçikdir ki, o gəlib Yer atmosferinə təsir edə bilməz”.

O bildirib ki, Saturn atmosferində mənfi 170 dərəcə soyuqda hər hansı mikroorqanizm və bakteriyaların yaşama ehtimalı çox azdır:

“Orada hər hansı bakteriya növü yaşasa belə onların çoxalması üçün şərait olduğunu düşünmürəm. “Cassini” kosmik gəmisi 13 ildir Saturn ətrafında fırlanıb və bir neçə dəfə Saturn halqası ilə Saturn arasından keçib. Hətta güclü astroid bombardmanlarına rast gəlib. Saturn atmosferində temperatur dərəcəsinin aşağı olması ilə yanaşı, planetin Günəşdən aldığı enerjinin səviyyəsi də xeyli aşağıdır. Ona görə, burada bakteriyaların yaranmasına çox az ehtimal verilir”.

Könül Cəfərli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>