555-542 milyon il əvvəl yaşamış heyvan qalıqları tapılıb: İKİ BAŞI, İKİ KÜRƏYİ OLUB
Bizi izləyin

Maraq dünyası

555-542 milyon il əvvəl yaşamış heyvan qalıqları tapılıb: İKİ BAŞI, İKİ KÜRƏYİ OLUB

Böyük Britaniyanın Mançester Universitetindən olan alimlər 555-542 milyon il əvvəl yaşadığı ehtimal edilən ən qədim çoxhüceyrəli canlıların izlərini aşkar ediblər.

Publika.az xəbər verir ki, bu canlının eni insan saçının bir teli nazikliyində olub. Alimlər dənizin dərinliklərində yaşadığı güman edilən canlının dalğavarı hərəkətlərlə süründüyü qənaətinə gıliblər.

"Nature Ecology and Evolution" jurnalında dərc edilən məqalədə daşlaşmaların Braziliyanın qərb hissəsində Korumba bələdiyyəsi ərazisində tapıldığı qeyd olunub. Onların mövcudluğu təxminən yeni orqanizmlərin yaranma dövrünə təsadüf edib. İzlərin qalınlığı 50-600 mikrometrə qədər olub.

Tədqiqatçılar bu izlərin daxili strukturunu rentgen və mikrotomoqrafiya apartının köməkliyi ilə incələyiblər. Nəticə etibarı ilə izlərin genlərinin elmə məlum olmayan heyvanlara aid olduğu təsdiqlənib. Alimlərin fikrincə, onlar ikitərəfli (iki baş, iki kürək) simmetrik formaya malik idilər. Belə quruluş kembriya dövrünün orqanizmləri üçün tipik hesab olunur.

Alimlərin sözlərinə görə, belə mürəkkəb varlıqlar qeyd olunan təxmini tarixdən daha əvvəl də yarana bilərdi. Əldə edilən məlumatlar sadəcə onların mənşəyinin və vaxtının dəqiq müəyyən edilməsinə kömək edir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm