Dünyanın ən yaşlı pişiyi vəfat etdi
Bizi izləyin

Maraq dünyası

Dünyanın ən yaşlı pişiyi vəfat etdi

Böyük Britaniyada dünyanın ən yaşlı pişiyi vəfat edib.

Publika.az xəbər verir ki, 32 yaşlı Natmeq ləqəbli pişik Nyukasl şəhərində yerləşən baytarlıq xəstəxanasında ürək çatışmazlığından ölüb.

Pişiyin sahibəsi qeyd edir ki, Natmeqin yoxluğu onun üçün çox ağırdır: "Onu 1990-cı ildə tapmışdım. Evsiz və sığınacaqsız olduğu üçün onu evimə gətirdim və o gündən heç ayrılmamışdıq".

Yeri gəlmişkən, tarixdə ən yaşlı pişik Texasda 2005-ci ildə 38 yaşında ölən Krim Paff adlı pişik olub.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm