500 il öncə tanrılara qurban verilən qız bəşəriyyəti xilas edə bilər - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

500 il öncə tanrılara qurban verilən qız bəşəriyyəti xilas edə bilər - FOTOLAR

Səyahətçi Xristofor Kolumb Amerikaya getməzdən öncə qitənin ən böyük imperatorluğu İnka adlı dövlət olub. Bu imperatorluq yox olmağa məcbur qalsa da, Cənubi Amerikada dərin izlər qoyub. Hazırda bu imperatorluqla bağlı bir çox tarixi araşdırmalar aparılır.

Publika.az xəbər verir ki, bu araşdırmalardan biri də Argentinada aparılıb.

Bu zaman Llullaillabur dağında Meyden adlı qızın mumiyası tapılıb.

Tarixçilər ehtimal edir ki, 15 yaşlı qız inkalar tərəfindən tanrılara qurban edilib. Onun donmuş haldakı vücudu yüzillər keçməsinə rəğmən, zərər görməyib.

Həkimlər Meydenin bədənində aparılan tibbi ekspertizadan sonra təəccüb içində qalıblar. Sən demə, azyaşlı qıza qurban verilməzdən öncə spirtli içki verilib. Əlavə olaraq, onun vücudundan vərəm virusuna bənzər bekterial infeksiya tapılıb.

Meydenin mumiyası sayəsində modern tibbdə inqilabi yeniliklər olacağı ehtimal edilir.

Tibb dünyası gənc qızda tapılan bakteriyalar sayəsində bu gün müalicəsi olmayan bir çox xəstəliyin həllinin tapılması üçün işlərə start verib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm