• USD 1,7000 0,00% EUR 1,9978 -0,46%
    • GBP 2,2839 -0,56% RUB 0,0273 0,00%

105 yaşlı gəminin qalıqları yoxa çıxır

105 yaşlı gəminin qalıqları yoxa çıxır

1912-ci ildə səfərə çıxarkən heç kim Titanik gəmisinin bugünkü hala düşəcəyini təxmin edə bilməzdi: Atlantik okeanının dibində çürüməkdə olan dəmir parçası…

İndi ən azından onun gözlə görülə bilən qalıqları qalıb.

Publika.az xəbər verir ki, yaxın gələcəkdə Titanikdən geriyə yer üzündə heç nə qalmayacaq.

Gəminin qalıqları üzərində aparılan araşdırmalar gəminin 20 il ərzində əriyərək yox olacağını ortaya çıxarıb. Aşınma prosesi qalıqlar üzərindəki mikroblar sayəsində sürətlə davam edir. Maraqlısı odur ki, bu bakteriyalarla yanaşı, qalıqları çürüməkdən qoruyan bakteriyalar da mövcuddur.

Titanikin qalıqları 1985-ci ildə okean araşdırmaçısı Robert Ballard tərəfindən tapılmışdı. Həmin dövrdə dəniz səviyyəsindən 3.8 km aşağıda olan gəmi olduqca yaxşı vəziyyətdə qalmışdı. Çünki günəş işığı həmin dərinliyə qədər gedib çıxa bilmir və yüksək təzyiq səbəbilə canlıların yaşamağı üçün əlverişli mühit yox idi.

Lakin aradan 30 il keçib və bu müddət ərzində bəzi “vəhşi” bakteriyalar gəminin dəmirlərini aşındırıb. Bu bakteriyanın biri “Halomano Titanik” adlı canlı olub. Onun adı elə gəminin adına uyğun qoyulub. Çünki bu canlı növü ilk dəfə məhz Titanikin qalıqları üzərində aşkar edilib.

Bu bakteriya başqa canlıların yaşamayacağı qaranlıq, təzyiqli, hətta duzlu mühitdə yaşaya bilir.

Çürümə prosesini sürətləndirən sadəcə bakteriyalar deyil. 2010-cu ildə Meksika körfəzinə yayılan minlərlə barel neft xammalının böyük qismi Atlantik okeanının dərinliklərinə enib. Yayılan neftin də çürümə prosesində böyük təsiri olub.

Bir çox batan gəmi kimi Titanikin də sonsuza qədər qalması mümkünsüzdür.

Zümrüd

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>