Qadın toyuna minlərlə avro xərclədi - ÖZÜ İLƏ EVLƏNİR - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Qadın toyuna minlərlə avro xərclədi - ÖZÜ İLƏ EVLƏNİR - FOTOLAR

İtaliyada yaşayan 40 yaşlı Laura Mesi özü ilə evlənib.

Publika.az xəbər verir ki, o, xarakterinə uyğun kişi tapa bilmədiyi üçün özü ilə evlənmək qərarına gəlib.

Laura 10 000 avro xərcləyərək özünə bahalı toy mərasimi təşkil edib. Bəysiz toy mərasiminə 70 nəfər qonaq qatılıb.

Təkbaşına da xoşbəxt olduğunu deyən Laura toy şirnisini və tortunu da qonaqlara özü paylayıb.

Özünə uyğun həyat yoldaşı tapa bilmədiyi üçün təkbaşına evlənməyə məcbur olan Laura ən böyük xəyalının gəlinlik geyinmək olduğunu, buna görə də belə bir toy təşkil etdiyini etiraf edib.

Laura özü ilə nikaha girdikdən sonra təkbaşına bal ayına çıxıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm