Maraq dünyası
55 saat ərzində 60 cərrah əməliyyat etdi - Yeni üz köçürüldü - - FOTO
Endi Sendness hələ 21 yaşında ikən intihara təşəbbüs edir. Odlu silahdan özünə atəş açır. Taleyin hökmü ilə gənc oğlan həyatda qalır. Lakin çənə sümüyündən eləcədə də burun və ağzından məhrum olur.
Publika.az xəbər verir ki, həkimlərin 8 cərrahi və plastik müdaxiləsi nəticəsində Endi eybəcər siması ilə düz 10 il barışıb yaşamalı olur. Öz dərisi çox nazildiyinə baxmayaraq, mütəxəssislər Endiyə rahat nəfəs alıb, qidalanmaq imkanı da yaradırlar. Çənə sümüyü tamamilə olmadığından o, bəzən protez çənə də taxırdı.
Nəhayət, 2012-ci ildə Endiyə həyatını kökündən dəyişəcək yeni üz köçürülməsi əməliyyatı təklif olunur. Lakin uyğun donor axtarışı ilə əməliyyatın zamanı 2016-cı ilədək uzanır. Onun yeni simasının üzərində 60-dan çox cərrah 55 saat ərzində əmək sərf edirlər.
6 ay sonra isə Endinin yeni üzündə kənarlara doğru dartılma proseduru reallaşır.
Endi etiraf edir ki, indi həyatından olduqca məmnundur və heç bir problem intihara cəhd üçün bəhanə deyil.
Leyla Sarabi
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!