44 il həbsdə qalan adam modern dünyaya belə reaksiya verdi - VİDEO
Bizi izləyin

Maraq dünyası

44 il həbsdə qalan adam modern dünyaya belə reaksiya verdi - VİDEO

İllərdir getmədiyimiz bir yerə təkrar getdikdə dəyişiklikləri görüb təəccüb içində qalırıq. Bəs görəsən, 44 ilini həbsdə keçirmiş bir insan az qala yarım əsrdir sürətlə dəyişən və təkmilləşən dünyaya necə uyğunlaşır?

Publika.az ömrünün 44 ilini həbsdə keçirən Otis Consonun həyat hekayəsini təqdim edir:

Otis Conson 25 yaşında ikən polis məmuruna hücum edir və işlədiyi cinayət səbəbilə 44 il həbs cəzasına məhkum edilir. 69 yaşında həbsdən çıxan Otis gördüyü dünya qarşısında sanki, şoka düşür. Hər şey onun gözlərinə yad gəlir. Çünki qoyub getdiyi şəhərdən geriyə artıq heç bir şey qalmayıb. Küçələri bəzəyən nəhəng elektron lövhələr, göydələnlər...

O.Conson təəccübünü gizlədə bilməyərək “İnsanlar “İPhone” adlı bir cihazdan bəhs edirlər” deyir. Üstəlik, küçələrdə öz-özünə danışan insanların olduğunu deyən Otis yaxınlaşdıqda onların qulaqcıqdan istifadə etdiyini görür və təkrar təəccübə qapılır.

Hamının qulaqcıqdan istifadə etdiyini görən Otis “hərk kəs FBİ və CİA-mı oldu? Çünki mənim gəncliyimdə bu tərz cihazlardan yalnız onlar istifadə edirdi” sualını verir.

O, həmçinin, alış-veriş mərkəzlərində olan müxtəlif çeşidli məhsullara, daha öncə dadmadığı yeməklərə rastladığını deyir.

Otis Conson yeni texnoloji sivilizasiyaya və modern yaşayışa fərqli baxış bucağı gətirir və insanlığı ciddi suallar qarşısında qoyur.

44 illik məhbusun hekayəsi “qədim insanlar müasir dövrümüzdə yaşasaydı, nə hiss edərdi” sualına cavab verir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm