Ailə 12 barmaqla dünyaya gələn uşaqlarına bunu etdi
Bizi izləyin

Maraq dünyası

Ailə 12 barmaqla dünyaya gələn uşaqlarına bunu etdi

Bir çox valideyn uşaqlarının bədənində olan qüsurlardan çəkinərək onları cəmiyyət içinə çıxarmaqdan utanır. Lakin Braziliyada yaşayan Da Silva ailəsi bunun tam əksini həyata keçirib.

Publika.az xəbər verir ki, Da Silva ailəsinin üzvləri genetik pozğunluq səbəbilə 12 barmaqlı olaraq dünyaya gəlib.

Ailə də bu vəziyyəti avantaja çevirərək, oğlan övladlarını qapıçı kimi futbol komandasına yazdırıb.

Beləlikə, Da Silva ailəsinin iki oğlan övladı – Vinisus və Assis qapıçı kimi, qız övladı – Mariya isə pianoçu kimi yetişir.

Ailənin başçısı olan Alessandro da 12 barmaqla dünyaya gəlib. Ata uşaqlarının ona bənzədiyindən qürur duyduğunu və vəziyyətlərindən razı olduqlarını deyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm