Dünyanın ən təhlükəli bölgələri - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Dünyanın ən təhlükəli bölgələri - - FOTOLAR

1. “Death Valley”

Dünyanın ən isti bölgəsi “Death Valley” bölgəsidir. Bu səhrada su olmadan sadəcə 14 saat yaşamaq mümkündür. Bölgədə indiyə qədər qeydə alınmış ən yüksək temperatur 56.7 dərəcədir.

2. Danakil çölü

50 dərəcə istilik, saysız aktiv vulkan, toksiki qazlar, tükənən su qaynaqları və inanılmaz mənzərələr. Çox insan bu qorxunc yeri “Yer üzünün cəhənnəmi” adlandırır. Buna baxmayaraq, hər il minlərlə insan Danakil çölünü ziyarət edir. Bölgədə bələdçisiz gəzmək qadağandır.

3. Vaşinqton dağı

Vaşinqton dağının zirvəsi dünyanın ən sürətli küləklərinə ev sahibliyi edir. İndiyə qədər qeydə alınan ən yüksək sürət 327 km-dir. Təhlükəli olan sadəcə küləklər deyil. Burada havanın temperaturu 40 dərəcəyə qədər düşə bilir. Bölgədə davamlı qar yağır. Bu da Vaşinqton dağını dünyanın ən təhlükəli zirvəsi edir.

4. “Sinabunq” vulkanı

İndoneziyanın Sumatra adasında yerləşən aktiv yanardağın çox yerində davamlı olaraq partlayışlar meydana gəlir. Dağın yaxınlığındakı kəndlər 2010-2015-ci ildən etibarən tamamilə lava və kül ilə örtülüb.

5. İlan adası

Braziliya sahillərində gizli bir yer kimi qalan bu ada dünyanın ən təhlükəli yeri kimi qəbul edilir. Səbəbi isə son dərəcə bəsitdir. Ada planetin ən zəhərli ilanlarına ev sahibliyi edir. Araşdırmalara görə, burada hər metrə 5 ilan düşür. Braziliya hökuməti bu adaya addım atmağı qadağan edib. Buna baxmayaraq, bölgədə il boyu turistləri görmək mümkündür.

6. “Madidi Milli Parkı”

Boliviyada yerləşən bu park mənzərəsi ilə hər kəsi heyran edir. Ancaq park mükəmməliyi ilə bilrikdə həm də ölümcül bölgə kimi tanınır. Çünki burada dünyanın ən yırtıcı və aqressiv canlıları yaşayır. Hətta burada bitən bəzi bitkilər də ölüm təhlükəsi daşıyır. Vücudda meydan gələn kiçik bir kəsik və ya yara tropik parazitlərin yayılmasına səbəb olur.

7. Duz gölü

Fotoya baxdığınızda bura sizə dünyadankənar bir yer kimi görünə bilər. Ancaq bu abstrakt görüntü Tanzaniyadandır. Gölün üzərindəki duz qabığı o qədər təhlükəlidir ki, onunla təmas edən bütün canlılar həlak olurlar.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm