Partlayıcı maddəni aşkarlayan "ağıllı" üzük icad edildi - FOTO
Bizi izləyin

Maraq dünyası

Partlayıcı maddəni aşkarlayan "ağıllı" üzük icad edildi - FOTO

Kaliforniya Universitetinin tədqiqatçıları istifadəçinin yaxınlığındakı kimyəvi, bioloji və iflic edici təsirə malik təhlükəli şüaları aşkarlayan "ağıllı" üzük hazırlayıblar.

Publika.az xəbər verir ki, yalnız orta barmağa taxılması nəzərdə tutulan "ağıllı" üzük smartfonla birgə işləyir və xüsusi siqnal vasitəsilə təhlükəni dərhal sahibinə çatdırır.

Üzük əsas iki hissədən ibarətdir. Qurğunun üzərindəki elektrokimyəvi qapaq konkret birləşmələrin müəyyənləşdirilməsi üçün nəzərdə tutulub. Onun altında isə qurğunun əsas elektronikası olan montaj platası yerləşir. Plata əldə edilən məlumatları emal edərək onları simsiz rabitə ilə üzük sahibinin smartfon və ya kompüterinə göndərir.

Tədqiqatçıların sözlərinə görə, voltametrik və xronoampermetrik ölçmələr aparan üzük geniş spektrli təhlükələr aşkarlamaq qabiliyyətinə malikdir. Lakin hazırda alimlərin yaratdıqları prototip formasında olan üzük partlayıcı maddələrin və orqanofosfat maddələrin həm buxarlı, həm də maye fazasında aşkarlanması üçün optimallaşdırılıb.

Üzüyün yaradılması zamanı alimlər belə qənaətə gəlib ki, funksional daşınan qurğular insanların estetik tələblərinə cavab verəcəyi təqdirdə, böyük fayda verəcək. Məhz bu səbəbdən onlar üzük formasında sensor yaradaraq onu dəbə uyğun etməyə çalışıblar.

Sınaqlar zamanı tədqiqatçılar müəyyən ediblər ki, hər 2 istifadən sonra elektrod mütləq dəyişdirilməlidir. Hazırda bunun alternativ üsullarını araşdıran alimlər bu cihazın gələcəkdə bazarda uğur əldə edəcəyini deyirlər.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm