Qadınlar üçün KABUS ŞƏHƏR - Qahirə
Bizi izləyin

Maraq dünyası

Qadınlar üçün KABUS ŞƏHƏR - Qahirə

“Thomson Reuters Foundation” təşkilatı qadınlar üçün dünyanın ən təhlükəli böyük şəhərlərinin siyahısını tərtib edib.

Publika.az bildirir ki, Antireytinqin tərtib edilməsində ekspertlər bu və ya digər meqapolisdə seksual zorakılığın səviyyəsini, tibbi xidmətlərin operativliyini, həmçinin qadınların hüquqlarına yerli ənənələrin təsirini nəzərə alıblar.

Bundan başqa, təşkilatın saytında qeyd edilir ki, bəzi ölkələrdə hətta qızları onların iradəsinə zidd ərə vermək təcrübəsinə də rast gəlinir.

Qadınlar üçün ən təhlükəsiz şəhərlər isə: Fransanın paytaxtı - Paris, Yaponiyanın paytaxtı - Tokio və Böyük Britaniyanın paytaxtı - Londondur.

Qadınlar üçün ən təhlükəli meqapolis isə Misirin paytaxtı Qahirə olub. İkinci yeri isə Pakistan şəhəri Karaçi və Konqonun paytaxtı Kinşasa şəhərləri bölürlər.

Antireytinqin 10-cu pilləsində İstanbul, 16-cı pilləsində isə Moskva durur.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm