Maraq dünyası
Azərbaycanlı iş adamının otelinin suyunu kəsdilər: BORCA GÖRƏ
Türkiyənin Antaliya bölgəsində 2009-cu ildə inşa edilən “Mardan Palace Hotel”in 1.4 milyardlıq borcu üzündən yaşadığı problemlər bitmək bilmir.
Publika.az xəbər verir ki, açılışında Şeron Ston, Riçard Gir, Paris Hilton, Meri Key və Monika Belluçi kimi ulduzların iştirak etdiyi otelin suyu kəsilib.
Otel avqust ayının ilk həftəsindən etibarən onlayn sifarişi dayandırıb və xidmətə bağlandığını elan edib.
“Turizmin Oskarı” adlandırılan “World Travel Awards”ın 2010-cu il laureatı olan “Mardan Palace Hotel” dünyanın ən lüks oteli seçilmişdi. Otel daha öncə də bank borcları səbəbilə icarəyə verilmiş və satışa çıxarılmışdı.
Qeyd edək ki, otel azərbaycanlı iş adamı Telman İsmayılovun sahibi olduğu “AST 1989 Group” şirkətinin nəzdində inşa edilib. Lüks otelin 10 kvadrat metrlik ərazisi qızıldan hazırlanıb. İnşa prosesində 500 min kristaldan istifadə edilib.
Zümrüd
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı