Dənizin ortasında ÜZƏN MEŞƏ - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Dənizin ortasında ÜZƏN MEŞƏ - - FOTOLAR

Avstraliyanın “Hombush” körfəzində, dənizin tən ortasında üzən bir orman var.

Publika.az xəbər verir ki, bu meşə “SS Ayrfield” adlı gəminin üzərində əmələ gəlib.

Sidneyin qərbində olan bu gəmi 1911-ci ildə İngiltərədə inşa edilib, 1912-ci ildə isə Avstraliyaya gətirilib. “SS Ayrfield” II Dünya Müharibəsi ərəfəsində amerikalı əsgərləri və onların silah-sursatını daşıyıb. Müharibədən sonra isə İngiltərə və Avstraliya arasında karqo gəmisi kimi istifadə edilib.

1927-ci ildə istifadəsi dayandırılan gəmi körfəzdə parçalara ayrılmağını gözləyib. Ancaq digər gəmilərdən fərqli olaraq, “SS Ayrfield”ə toxunulmayıb. Çünki gəminin içərisində böyük bir meşə əmələ gəlib.

Beləliklə, bir zamanlar müharibəyə xidmət edən gəmi zamanın hökmü qarşısında əyilərək təbiətin bir parçasına çevrilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm