186 yaşlı tısbağa HOMOSEKSUAL ÇIXDI - FOTO
Bizi izləyin

Maraq dünyası

186 yaşlı tısbağa HOMOSEKSUAL ÇIXDI - FOTO

Dünyanın ən yaşlı tısbağası Conatanın homoseksual olduğu ortaya çıxıb.

Publika.az xəbər verir ki, 186 yaşlı tısbağanın 1991-ci ildən bəri bərabər yaşadığı sevgilisi əslində erkək tısbağa imiş.

Conatan Atlantik okeanın cənubundakı Seynt Helena adasına 1900-cu ildə şəhər merinə hədiyyə olaraq gətirilib. 1991-ci ildə isə onun yanında cütləşmək üçün daha bir tısbağa gətiriblər. Dişi zənn edilən tısbağaya Frederika adı verilib. Onlar 26 ildir cütləşsələr də övladları olmayıb.

Bu yaxınlarda xəstələnən Frederikanın baytar müayinəsi zamanı erkək olduğu ortaya çıxıb. İndi onun adı dəyişdirilərək Frederik qoyulub.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm