Ayı, yoxsa delfinsiniz? - 45 saniyəlik TEST
Bizi izləyin

Maraq dünyası

Ayı, yoxsa delfinsiniz? - 45 saniyəlik TEST

Sağlam yaşamaq deyəndə idman, yaxşı qidalanmaq, normal yuxu kimi amillər sadalanır. Amma bunlar nə qədər vacib olsa da, hansı saatlarda etməyiniz də o qədər önəmlidir.

Publika.az xəbər verir ki, alimlər sağlam yaşamaq üçün hər kəsin bunları etmək üçün fərqli saatlarının olduğunu müəyyən edib.

İnsanların bioloji saatlarını incələyən xronobiologiya elmi ilə məşğul olan alimlər bu istiqamətdə araşdırma aparıblar.

Psixoloq və yuxu üzrə mütəxəssis Mişel Breus 4 əsas xronotip olduğunu açıqlayıb. Bunlar delfin, aslan, ayı və canavardır.

İnsanların təxminən yarısı ayı qrupuna daxildir. Digərləri isə qruplar arasında bərabər şəkildə bölünüblər.

Alim hər qrupun xüsusiyyətləri və vaxtlarının gündəlik planlarına uyğun necə bölündüyünü açıqlayıb.

Delfinlər - bu qrupa daxil olanlar, adətən, daha az yatır. Hətta yuxu problem belə yaşaya bilirlər.

6:30 Yuxudan oyanmaq və idman

7:30 səhər yeməyi

9:30 Qəhvə saatı

10:00-12:00 Yaradıcı işlərlə məşğul olma, beynin ən işlək vaxtı

12:00 Nahar edirlər

13:00-16:00 Özlərini yorğun hiss etsələr, kiçik bir gəzintiyə çıxırlar.

16:00-18:00 Zehni işlərlə məşğul olurlar, işlə bağlı məktublaşırlar.

18:00 Yoqa və meditasiya

18:30-20:00 Axşam yeməyi

22:30-23:30 Texnologiyadan uzaqlaşmaq, duş qəbul edib, kitab oxumaq

23:30 Yatmaq vaxtı

Aslanlar -bu qrupa daxil olanlar səhər yuxudan yüksək enerji ilə oyanırlar. Ancaq axşam tez yorulurlar.

5:30 Yuxudan oyanma və səhər yeməyi

6:00-7:00 Gündəlik işlərin planlaşdırılması, gələcəklə bağlı düşünmək və meditasiya

9: 00-10:00 Səhər yeməyi

10:00-12:00 Görüşlər, iclaslar

12:00 Nahar edirlər

13:00-17:00 Beyin işlək vəziyyətdə, gündəlik yazışmalar

17:00-18:00 İdman

18:00-19:00 Axşam yeməyi

22:00 Ətrafdakı televizor, telefon, kompüterlər söndürülür

22:30 Yatmaq vaxtıdır

Ayılar - bu qrupun bioloji saatı Günəşin doğması ilə batması arasındadır. Gecə 8 saat yuxu mütləqdir.

7:00 Yuxudan oyanma, bir neçə dəqiqə idman

7:30 Səhər yeməyi

9:00-10:00 Günün planlanması

10:00 Qəhvə saatı

10:00-12:00 Çətin işlərlə məşğul olmaq, iş yazışmaları

12:00 Gəzinti, nahar etmək və sonra bir az daha gəzmək

14:30-14:50 Qısa bir yuxu, meditasiya

15:00-18:00 Telefon danışıqları, yazışmalar

18:00-19:00 Axşam yeməyi

20:00-22:00 Beyin işlək vəziyyətdə

22:00 Texnologiyadan uzaqlaşmaq

23:00 Yatmaq

Canavarlar - bu qrupa daxil olanlar səhər yuxudan çətinliklə oyansalar da, axşamlar daha enerjili olurlar.

7:00-7:30 Ard-arda zəngli satin səsi ilə oyanma və özünəgəlmə prosesi

7:30 Səhər yeməyi

8:30 Bir neçə dəqiqə açıq havada idman

9:00 Günü planlaşdırma

11:00-13:00 Qəhvə saatı və çətin işlərlə məşğul olmaq

13:00 Gəzinti və nahar

16:00-18:00 İclaslar və iş yoldaşları ilə fikir mübadiləsi

18:00-19:00 idman

20:00 Axşam yeməyi

23.00 Telefonları söndürmək və ilıq duş almaq

00:00 Yatmaq

Əgər bu yazılanlardan sonra siz hələ də, bioloji saatınıza uyğun hansı qrupa aid olduğunuzu müəyyən edə bilməmisinizsə, o zaman Breusun saytından (https://thepowerofwhenquiz.com/) 45 saniyədə suallara cavab verməyiniz yetərlidir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm