“İrma” qasırğası 30 il əvvəl butulkada göndərilmiş məktubu okean sahilinə atdı
Bizi izləyin

Maraq dünyası

“İrma” qasırğası 30 il əvvəl butulkada göndərilmiş məktubu okean sahilinə atdı

ABŞ-da ər-arvad Atlantik okeanının sahilində butulkada məktub aşkar ediblər. Onu sahilə "İrma" qasırğası çıxarıb.

Publika.az bildirir ki, uşaq xətti ilə yazılan məktubun 1988-ci ildə göndərildiyi məlum olub.

"Salam, mənim adım Miranda Doun Mossdur. Mənim 8 yaşım var. Mən Cənub Karolinada ibtidai məktəbin üçüncü sinifində oxuyuram", - bu sətirlərlə başlanan məktub mətbuatın marağına səbəb olub.

Maraqlıdır, cütlük sosial şəbəkələrin köməyi ilə müəllifi tapmağa çalışıb və tapıb. Onlar məktubun müəllifi Miranda Moss Çaveslə əlaqə yaradıblar və heyrət içində olan 38 yaşlı Miranda bildirib ki, bəli, 26 sentyabr 1988 ildə o, həqiqətən də bu məktubu yazaraq butulkanın içində okeana atıb.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm