Yeni bir həyatın xəbərçisi: Dünyaya ən yaxın planet kəşf edildi - FOTO
Bizi izləyin

Maraq dünyası

Yeni bir həyatın xəbərçisi: Dünyaya ən yaxın planet kəşf edildi - FOTO

Günəş sisteminə ən yaxın məsafədə isti iqlimə sahib, Yer kürəsi böyüklüyündə bir planet kəşf edilib.

Publika.az xəbər verir ki, planet Çilidə yerləşən Silla Rəsədxanasının telskopları tərəfindən aşkar edilib.

Onun Günəş sisteminə 11 işıq ili uzaqlıqda olduğu bildirilib. Dünyaya ən yaxın və oxşar olan 2-ci planetə “Ross 128 B” adı verilib.

“Ross 128 B” öz ulduzu ətrafında yerin Günəşlə məsafəsindən 20 qat daha yaxın məsafədə fırlanır. Ancaq onun ulduzu Günəşdən daha balaca və sönük olduğuna görə, “Ross 128 B” daha az radiyasiyaya məruz qalır.

Astronomlar yeni kəşf edilən planetin istiliyinin Yer planetinə yaxın olduğunu ehtimal edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm