İnsan beyninin qocalmasının SİRRİ
Bizi izləyin

Maraq dünyası

İnsan beyninin qocalmasının SİRRİ

Vaşinqtonun Allensko institutundan olan alimlər insan beyninin sürətlə qocalmasının və qabiliyyətlərinin itirilməsi istiqamətində bir sıra tədqiqatlar aparıblar.

Publika.az xəbər verir ki, beyinin qocalması xüsusi protein maddə ilə əlaqəlidir. Belə ki, beyin və onurğa beyninin hüceyrələrinə (oliqodendrositlərə) nəzarət edən bu mühüm maddə əsəb liflərinin qılafını (mielin) yaradır. Bu qılaflar zədələndiyi zaman beyin öz funksiyasını itirməyə başlayır.

Yaş ortalaması 65-90 olan 107 yaşlı insan üzərində aparılan tədqiqatlarda beyindən xüsusi nümunələr alınıb.

Nəticədə məlum olub ki, əsəb liflərində müşahidə olunan sarı rəngli maddə beyinin müəyyən hissəsinə yayılaraq insanda Alzheimer xəstəliyinin inkişafına şərait yaradır.

Xüsusilə ahıl yaşlarda əsas səbəb amiloid angiopatiyası hesab olunsa da, bu maddənin qatı şəkildə bir yerə toplanması insanlarda güclü yorğunluq və unutqanlıq yaradır.

Əldə edilən nəticələrə görə, beyin epizodik xatirələri bir-birindən uzaq şəkildə silməyə başlayır. Lakin, RNT/DNT nümunələr sübut edib ki, qəbul edilən yeni informasiyaların hippokamp hüceyrələrinə yazılır. DNT nümunələri və beyin tomoqrafiyası nəticələri beyin qabığı qəfəslərində genlərin sürətlə yayıldığını göstərib.

Dezoksiribinuklein turşusunun fəallığı nəticəsində beyin yaşı sürətlə artır və bu beyin fəallığını zəiflədir. Hüceyrələr məhv olur. Mitoxondrilərin fəaliyyətində iştirak edən, orqanizmin enerjiyə olan tələbatının ödənilməsində xüsusi rol oynayan hüceyrə tənzimlənməsi pozulduğu üçün hüceyrədaxili orqanellalar dağılır və beyin qocalır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm