Bakıda GÖZÜBAĞLI saç kəsən bərbər - - VİDEO
Bizi izləyin

Maraq dünyası

Bakıda GÖZÜBAĞLI saç kəsən bərbər - - VİDEO

Usta bu işə cəmi 10 dəqiqə vaxt sərf edir.

Publika.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, onu bir çoxlarından fərqləndirən bacarığı isə gözləri bağlı şəkildə müştərinin saçını kəsməsidir.

Gözləri bağlı şəkildə istənilən formada saç kəsir. 20 ildir bərbərlik edən Bəhruz Mahmudov işinə maraq qatmaq üçün qeyri-adi addım atıb. O, həmkarlarından fərqli olaraq gözlərini bağlayıb saç kəsmək qərarına gəlib. Bunun üçün o, bir neçə müştərisinin saçının üzərində aylarla məşq edib. Sonda isə arzuladğı işi yerinə yetirə bilib.

Biz də onun bu qabiliyyətini sınağa çəkdik və gözlərini bir parça ilə bağladıq. Gözübağlı usta işə başladı.

Bəhruzun sözlərinə görə, gözləri bağlı olsa da, saçı hiss edərək kəsir.

Müştəriləri onun bu bacarığını maraqla qarşılasalar da, bir çoxları gözübağlı bərbərə saç kəsdirməyə risk etmirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm