Aqil M.Quliyev öz səsini eşitmir
Bizi izləyin

Maraq dünyası

Aqil M.Quliyev öz səsini eşitmir

Biz öz səsimizi eşitdikdə qıcıqlanırıq.

Bu, hamıda belədir.

Ailəliklə oturub toy disklərinə baxırsız. Budur, ekranda sizi göstərirlər. Nəsə danışırsız. Öz səsinizi eşidirsiz.

O an sizə elə gəlir ki, səsinizdə nəsə bir qəribəlik var. Bu, sizi bərk qıcıqlandırır.

Bəzən utanc qarışıq hisslər keçirirsiz. Sanki indi hamının diqqəti sizə yönəlib. Sanki indicə hamı sizin səsinizdəki və ya görünüşünüzdəki hansısa eybəcərliyi görəcək...

Yaxud vatsapda sevgilinizə səsli mesaj göndərmisiz. Sonra öz səsinizi dinləyirsiz. Öz səsiniz sizi qıcıqlandırır.

Bəs görəsən bu, niyə belədir? Bunun bir elmi izahı varmı?

Var.

Əvvəlcə gəlin görək, necə olur ki, biz eşidirik? Səs nədir? Onun hansı qanunauyğunluqları var?

İlk növbədə, bilmək lazımdır ki, səs dalğalardan ibarətdir. Səs - hava vasitəsi ilə ötürülən titrəşimdir. Bu titrəşim qulaq pərdəsinə toxunur, ordan beyinə ötürülür və beyində bu titrəşimə uyğun siqnallar yaranır.

Səs dalğaları bizim qulağımıza iki yolla çata bilər: hava və sümüklər vasitəsilə.

Ətraf mühitdən gələn səs dalğaları qulağımıza hava vasitəsi ilə ötürülür.

Öz səs tellərimizin səsi isə qulağımıza sümüklər vasitəsi ilə çatır.

Demək, biz danışarkən, əslində, iki səsi eyni vaxtda eşidirik – öz səs dalğalarımız qulağımıza həm hava vasitəsilə, həm də sümüklər vasitəsilə çatır. Və bu ikili səs qarışımını yalnız özümüz eşidə bilirik.

Öz səsimizi hansısa audio yazıdan dinləyərkən isə proses bir az başqa cür baş verir. Bu zaman biz öz səs tellərimizin səsini eşitmirik – səs dalğaları qulağımıza yalnız hava vasitəsi ilə gəlib çatır. Sanki qulağımıza adət etdiyimiz səsin yarısı gəlib - ona görə öz səsimiz bizə yad gəlir.

Bu belə...

Yaxşı bəs niyə bu, bizi qıcıqlandırır?

Hamısı beyinin işidir. Sanki beynimiz bizimlə şit zarafat edir.

Necə?

Hər kəsin öz daxili səsi var. Yəqin razılaşarsız ki, hamımız arada öz içimizdə özümüzlə danışırıq. Bu zaman sizə elə gələr bilər ki, sizin səsiniz dünyada ən gözəl səsdir - lap Aqil M.Quliyevin səsi kimi xarizmatikdir.

Reallıqda isə səsiniz bir az başqa cürdür. Ona görə də bu, bizi qıcıqlandırır.

Yeri gəlmişkən, taleyin ironiyasıdır bu: Aqil M.Quliyev dünyada yeganə insandır ki, öz səsini biz eşitdiyimiz kimi eşidə bilmir.

Yəqin ki, o da öz səsini hansısa audio yazıdan eşidəndə bərk qıcıqlanır. Odur ki, kefinizi pozmayın. Düynda heç kəs öz səsini sevmir, heç M.Quliyev də...

Əli Vəli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm