Yataqda özünüzü rahat hiss etmək istəyirsinizsə...
Bizi izləyin

Maraq dünyası

Yataqda özünüzü rahat hiss etmək istəyirsinizsə...

Yataq otağına gedən yoldakı bütün maneələri aşmaq üçün uzun bir sevişmədən və qoxulu şamlardan daha çox şeyə ehtiyacınız var.

Bəzən ehtiraslı bir sevişmə eynilə filmlərdəki kimi inkişaf edir. Ayaqqabını çıxarırsınız, qadının ayaqlarını yerdən kəsirsiniz, evdəki vaz yerə yuvarlanıb sınır və iki dəqiqə içində orqazma çatırsınız. Bəzən də romantizm yarıda kəsilir. Məsələn, uşaq tam siz ehtiraslı olduğunuzda otağa gəlir, yaxud çox içkilisiniz və ya evdə biri xəstələnib. Həyat belədir ehtirası öldürən şeyləri yaşamaq da son dərəcə təbiidir. Amma siz bu mənfilikləri yataq otağınızda yeni şeylər sınamaq üçün fürsət hesab edə bilərsiniz.

Publika.az bəzi mütəxəssislərin tövsiyələri ilə daha yaxşı bir seks həyatı üçün qapıları üzünüzə açır. Evinizdə daha çox vaz qırılacaq, indidən xəbərdar edirik.

İkiniz də Stresslisinizsə…

Həyatdan tez bezən sevgilinizə qarşı məsuliyyətinizi düzgün dərk edin. Öz üzərinizə düşən vəzifələri normal yerinə yetirdiyiniz təqdirdə seks həyatınız gündəlik stresslərdən xilas olacaq. İkiniz də istirahət və sekslə məşğul olmanın gərginliyi yox etməsindən faydalana bilərsiniz.

Uşaqlar sizə imkan vermirsə…

Səs-küyü evi götürən uşaqların qışqırığı fonunda seks arzuolunan deyil. Üstəlik, yoldaşınız kök bir qadındırsa, bez dəyişdirən bir xanımdan ehtiraslı bir xanıma dönməsi asan olmaya bilər. Bu zaman mütəxəssislər məsləhət görür ki, uşaqlarınızı öz yataq otağınıza buraxmayasınınız. Onları yumşaq oyuncaqlarla münasib bir otağa salıb, yatağınızda fikrinizi seksə yönəldərək, hər şey qaydasına sala bilərsiniz.

İçkini bir az çox içmisinizsə…

Həddindən artıq sərxoş olmasanız da, beyniniz müvəqqəti olaraq çevrədən xaric ola bilir. Spirt sinir sistemini zəiflətdiyi üçün kişilərin orqazma çatmasını çətinləşdirir. Utancaqlığı azaldıb, ağlınızdakı ən dəli seks nömrələrini təklif edə bilərsiniz. İçkili halda yaddaşınızın sıfır olması isə bu halı daha da əyləncəli edəcək.

Seks həyatınızda bir azca da olsa özəllik yoxdursa…

Hər cütlük yataqda davamlı eyni şeyləri etdiyində bir az həvəsini itirir. Hər nə qədər köhnə nömrələri yenidən təkrarlasanız da, həmişə iki tərəf də həyəcanla yenilik gözləyir. Məşq, ya da masturbasiya edərək və ya erotik kitablar oxuyaraq cinsi həyatınızı rəngləndirə bilərsiniz. Doktor Raçlin "Bir araya gələndə ikiniz də cinsi baxımdan canlı olacaqsınız və aranızda qığılcımlar çıxacaq", deyir. Bundan başqa bir-birinizin bədənlərinə toxunuşlar edin və nəyin yaxşı hiss etdirdiyini özünüz biləcəksiniz. Cavabları isə yataqda yeni “tryuk”lar sınamaq üçün istifadə edə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm