Ərəblər Luvr muzeyini “özəlləşdirdi”
Bizi izləyin

Maraq dünyası

Ərəblər Luvr muzeyini “özəlləşdirdi”

Luvr muzeyinin dünyada ilk dəfə başqa bir ölkədə - Birləşmiş Ərəb Əmirliklərində arxitektor Jan Nuvel tərəfindən layihələndirilmiş filialı "Luvr Abu-Dabi"də Leonardo Da Vinçinin ən qiymətli əsəri qoyulacaq.

Publika.az xəbər verir ki, Fransanın məşhur incəsənət muzeyinin BƏƏ-də açılan filialı Leonardo Da Vinçinin noyabr ayında Nyu Yorkda keçirilən hərracda 450 milyon dollara satılan "Dünyanın Xilaskarı" adlı əsərini eksponatların arasına qoyub.

Xatırladaq ki, Luvr Abu-Dabiyə əsas biletlərin qiyməti 16 dollar, 13-22 yaşlı cavanlar və təhsil strukturlarının nümayəndələri üçün 8 dollardır. Muzeyin loyallıq proqramının nümayəndələri, 13 yaşına qədər uşaqlar, ICO Mili ICO MOS üzvləri, KİV təmsilçiləri və fiziki imkanları məhdud olan şəxslər (BƏƏ rezidentləri) üçün muzeyə pulsuz giriş təşkil oluna bilər.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm