Yəhudilərdən həyata dair müdrik tövsiyələr
Bizi izləyin

Maraq dünyası

Yəhudilərdən həyata dair müdrik tövsiyələr

Deyirlər, yəhudilərin iti ağlı, pul qazanmaq bacarıqları Allah vergisidir. Odur ki, bu millətin nümayəndələri haqda əsrlər boyu maraqlı əfsanələr dolaşıb.

Publika.az yəhudilərin dünyaya baxışını əks etdirən bir neçə müdrik fikirləri təqdim edir.

Şirin olma-səni yeyərlər, acı da olma ağıza almadan tüpürərlər.

Tanrı səni pis qadınlardan qorusun, yaxşılarından özün qoruna bilərsən.

Qonaq da balıq kimidir. Üç gündən sonra iylənməyə başlayır.

Valideynlər övladlarına danışmağı, övladları isə valideylərinə susmağı öyrədirlər.

Səhvlərinizə həyat təcrübəsi deyib özünüzü cəfəngiyyata inandırmayın.

Saçlarınızın ağarması hər zaman müdriklik əlaməti deyi. Sadəcə qocalırsınız.

Nə üçün ağılsızlıqdan deyil, pulsuzluqdan şikayət edirsiniz?

Keçi atın arxasında, axmaq isə dörd bir yanda təhlükəlidir.

Pis arvad leysandan betərdir. Çünki leysan kişini evə, pis arvad isə evdən qovur.

Ən yaxşı tərbiyəçilər övladı olmayanlardır.

Allah hər an hər yerdə ola bilmədiyi üçün anaları yaradıb.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm