Göy üzü yerə endi - Qış Olimpiya Oyunlarının keçirildiyi şəhərdə
Bizi izləyin

Maraq dünyası

Göy üzü yerə endi - Qış Olimpiya Oyunlarının keçirildiyi şəhərdə

2018 Qış Olimpiya Oyunlarına ev sahibliyi edən Cənubi Koreyanın paytaxtı Pxençan şəhərində dünyanın ən qara binası inşa edilib.

Publika.az xəbər verir ki, binanın üzərində ulduzları xatırladan işıqlar yandırılıb və sanki göy üzü yerə enib.

Qara binanın xarici səthi Günəş işığının 99%-ni əks etdirə bilən “Vantablack” boyası ilə boyanıb. Buna görə də binaya əlavə elektrik verilməsinə ehtiyac yoxdur. “Arch Daily”-nin xəbərinə görə, binanı ingiltərəli memar Asif Xan dizayn edib.

A.Xan dizaynı ilə bağlı “müəyyən bir məsafədən baxdıqda bina pəncərədən kosmosun dərinliklərinə açılan çərçivə kimi görünür. Yaxınlaşdıqda isə yaratdığı təəssürat böyüyür. Binanın içinə daxil olduqda qara bir buludun içinə girirmiş kimi hiss edirsiniz” ifadələrini işlədib. Binanın xarici səthinin tam əksinə olaraq, içi ağ və parlaq əşyalarla dizayn edilib.

Qeyd edək ki, “Vantablack” boyası əslində, kosmik və müdafiə sahələrində istifadə edilən teleskoplardakı atmosferik problemləri aradan qaldırmaq və işığın qırılmasının qarşısını almaq üçün icad edilmişdi. Saç telindən 3500 dəfə incə karbon nano-qazlarından istifadə edilərək hazırlanan boya işığın 99%-ni özünə çəkə bilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm