Maraq dünyası
Canlı yayımda sevgilisini öldürdü - - VİDEO
ABŞ-da ötən ilin iyununda 22 yaşlı sevgilisi Pedro Ruizi canlı yayımda güllə ilə vurub öldürən 20 yaşlı Monaliza Perezə 6 aylıq həbs cəzası verilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məşhur olmaq üçün Yutub kanalında müxtəlif videolar yükləyən cütlük ən təhlükəli video çəkəcəklərinə dair anons vermiş, Ruiz sinəsində tutduğu ensiklopediyanın onu güllədən qoruyacağını iddia etmişdi.
Halstad şəhərində yaşayan cütlüyün bir övladı var. Perez videonu çəkəndə isə ikinci hamiləliyini yaşayırmış. Tvitter mikrobloqunda “Mən və Pedro böyük ehtimalla ən təhlükəli videomuzu çəkəcəyik, bu, mənim yox, onun fikridir”, - deyə qeyd edən qadının sevgilsinin sinəsinə tuşladığı güllə onu ölümcül yaralayıb. Sinəsində tutduğu qalın ensiklopediyanın onu qoruyacağını zənn edən Ruizin vurulma anını canlı yayımla 30 nəfər və 3 yaşlı övladları izləyib.
Cinayət işinin araşdırılmasına rəhbərlik edən prokuror Ceyms Brunun sözlərinə görə, axmaqcasına plan Pedro Ruizin ideyası olub və Monaliza Perez səhvən, güllənin onu öldürməyəcəyinə inandığı üçün atıb.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...