Yadplanetli mumiyanın FACİƏVİ HƏYAT HEKAYƏSİ - FOTO
Bizi izləyin

Maraq dünyası

Yadplanetli mumiyanın FACİƏVİ HƏYAT HEKAYƏSİ - FOTO

2000-ci illərin əvvəlində Cənubi Amerikada tapılan və yadplanetliyə aid olduğu təxmin edilən skeletinin qəribə hekayəsi bəlli olub. ABŞ alimləri skeletin sümüklərindən götürdükləri DNT nümunələrini araşdıraraq bir insanın faciəvi hekayəsi ilə qarşılaşıblar.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Çilidə Atakama səhrasında 15 il əvvəl tapılan insanabənzər skeletlə bağlı bir çox iddialar irəli sürülüb. Mumyalanmış skelet o qədər balaca və qəribə idi ki, hətta onun yadplanetli olması ilə bağlı da fikirlər səsləndirilirilib. Ata adı verilən bu skeletin bir yadplanetliyə deyil, bədənində dəhşətli deformasiyalarla doğulmuş bir qız uşağına aid olduğu məlum olub. Bu uşaq ya ölü doğulub, ya da doğulan kimi ölüb.

2003-cü ildə tapılan skelet ağ bir parçaya bükülmüşdü. Onun boyu 15 sm, normal insandan fərqli olaraq 12 yox, 10 cüt qabırğası var idi. Kaliforniyanın Stanford Universitetində mikrobiologiya üzrə mütəxəssis Qari Nolan araşdırması nəticəsində skeletin bir insana aid olması qənaətinə gəlib. Lakin bədənindəki deformasiyalar səbəbindən bu qənaətindən tam əmin ola bilmirdi.

Lakin Nolan qrup üzvləri ilə birlikdə bu istiqamətdə araşdırmasını davam etdirib, illər sonra bu barədə məqalə çap etdirib. Həmin məqalədə Atanın çox balaca olduğunu, lakin 6 yaşlı uşağın bədəni qədər inkişaf etmiş olduğunu yazıb. Atanın doğularkən diafraqmasının inkişaf etməmiş olduğunu və bu səbəbdən öldüyü güman edilir.

Nolan məqaləsində bildirir ki, uşağın bədən quruluşu o qədər qüsurludur ki, onun qidalanması mümkün deyil. Bu şəraitdə o xüsusi qidalanma rejimində olmalı idi ki, həmin dövr üçün də bu mümkün deyildi.

“Bu bir yadplanetli olaraq dünyada tanınan, lakin bir insanın tragedik hekayəsi idi. Bir qadın qüsurlu doğulan uşağını mumyalayıb. Qəribə tarixi əsər sayılan uşaq ya satıldı, ya da girov verildi. Bu hekayədən öyrənəcəyimiz məqam bu cür xəstə doğulan insanlara vaxtında kömək etməkdir”- deyə, Nolan məqaləsində yazıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm