"AĞILLI" qolbaq qadınları təcavüzdən xilas edəcək - YENİ KƏŞF
Bizi izləyin

Maraq dünyası

"AĞILLI" qolbaq qadınları təcavüzdən xilas edəcək - YENİ KƏŞF

Amerikalı alimlər qadınları zorlama və ya qarət hallarından xilas edə biləcək qolbaq hazırlayıblar.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Birmingemdəki Alabama universitetinin saytında məlumat yerləşdirilib.

Adətən belə hallarda təcili yardıma və ya polisə zəng vurmaq lazım olur. Bəzən isə buna imkan olmur. Bu problemi həll etmək üçün ərsəyə gətirilən qolbaq hücum zamanı avtomatik olaraq, blutuz vasitəsi ilə smartfona qoşulur və lazımi xidmət orqanlarına xəbər ötürür. Cihaz həmçinin, hücuma məruz qalanın harada olduğunu, hərəkətlərini, ayaq üstə və ya yıxılı vəziyyətdə olduğunu müəyyənləşdirir.

Bundan başqa, qolbaqdan ətrafdakı insanların diqqətini cəlb etmək üçün yüksək siqnal səsi də çıxır.

İxtiraçıların fikrincə, bu qolbaqdan həmçinin təcili köməyə ehtiyacı olan əlil və yaşlı insanlar da istifadə edə bilər.

Pərviz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm