Laborotoriyalarda insan əli ilə hazırlanan qulaq, nəfəs borusu - İNANILMAZ FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Laborotoriyalarda insan əli ilə hazırlanan qulaq, nəfəs borusu - İNANILMAZ FOTOLAR

Elm o qədər inkişaf edib ki, bu gün ən son texnologiyaların köməyilə əldə edilən nəticələrə inanmaq çox çətindir. Alimlər hətta laborotoriya şəraitində insan qulağı da hazırlayıblar. Təbiətin işini görən alimlərin loborotoriya şəraitində hazırladığı qeyri-adi işlər sizi də təəccübləndirəcək.

Publika.az olaraq təqdim etdiyimiz bu faktlara inanmaq çox çətindi:

Plastik şüşələrlə qidalanan bakteriyalar

Yaponiyadan olan bir qrup tədqiqatçı plastik şüşələrlə, daha dəqiq desək, Polietilentereftalat (PETF, poliefir) yeməklə qidalanan bakteriyalar aşkar edib. Bu Yer kürəsində bakteriyaların ən çox yayılan növlərindən biri hesab olunur. Lakin, tədqiqatçılar bu bakteriyaların daha sürətlə plastik istehlak etməsini izləyib. Bu bakteriyalar nə qədər təhlükəli olsa da, alimlər onları məhv etmək üçün heç bir üsul hazırlamır. Onlar düşünürlər ki, bu bakteriyalar plastik tullantıların ixtisarında istifadə edilə biləcək mükəmməl üsuldur.

Qanın gövdə (lülə) qəfəsləri

2017-ci ildə alimlər qan istehsalı üçün lazım olan gövdə (lülə) qəfəslərini hazırlamağa nail oldular. Bunun sayəsində müalicə zamanı qanın lazımı miqdarını köçürmək mümkün olacaq ki, həkimlərin fikrincə, bu leykemiya kimi bir çox ağır xəstəliklərin müalicəsini asanlaşdıracaq.

Dəri

Adətən dərini inəklərdən əldə edirlər. Amma “Modern Meadow” şirkəti heyvanların məhv edilməsinin qarşısını almaq məqsdədilə bu sterotipi qırıb. Onlar hazırda istifadə edilən əsl dərilərin istehsal metodikasını hazırladılar. Kollageni istehsal edən mayaların həcmini böyütməklə bu prosesi müvəffəqiyyətlə başa çatdırdılar. Bununla da dəri ona möhkəmlik qazandıran zülalla zənginləşərək elastiklik əldə etdi.

Qulaq

Yaponiya alimləri süni qulaq hazırlayıblar. Onlar iddia edir ki, yaxın 5 il ərzində insanlar özlərinə süni qulaqlar sifariş edə biləcək. Eyni zamanda istədikləri zaman qulaqların yerini də dəyişmək mümkün olacaq. İlk sınaqlar loborotoriyada siçanın üzərində reallaşdırılıb. Belə ki, mütəxəssislər siçanın kürəyində insan qulağını inkişaf etdiriblər.

Nəfəs yolu

İsveçrəli alimlər süni nəfəs borusu hazırlayıblar. Bunun üçün alimlər xərçəng xəstəsinin üzərində eksperiment aparıblar. Nəfəs borusunun üzərində yerləşən şişin (xərçəng) yerini dəyişdirməyə müvəffəq olan alimlər bununla da tibbdə qeyri-adi nailiyyətlər əldə etdilər.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm