Dünyanın ən böyük və qəribə məzarlığı - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Dünyanın ən böyük və qəribə məzarlığı - - FOTOLAR

Təyyarələrin istifadə müddətini başa vurub köhnəldikdən sonra ömrünü necə davam etdirdiyini bilirsinizmi?

Publika.az bu sualın cavabını ABŞ-ın cənub-qərbindəki bir “təyyarə məzarlığı”nda tapdı.

ABŞ-ın Arizona əyalətindəki Tukson şəhərinə doğru səyahətə çıxmısınızsa, bir müddət sonra evlərin getdikcə azalıb böyük bir sahədə, çöl günəşinin altında sıra ilə düzülən hərbi təyyarələr görə bilərsiniz. Ucsuz-bucaqsız yük təyyarələri, bombardmanlar, F-14-lər və Tomkat qırıcıları və s...

Bura Devid Montan hava bazasıdır. 10 km ərazini əhatə edir. 4400 köhnəlmiş təyyarəyə ev sahibliyi edir. Bəziləri sanki bir neçə saat öncə buraya gətirilib, bəziləri isə tozun, qumun və aşınmanın təsirindən qorunmaq üçün örtülü saxlanılır.

Qapalı anqarlarda isə topa şəkildə təyyarə parçaları Amerikanın başqa bölgəsinə, ya da başqa bir ölkəyə göndərilərək başqa bir təyyarəyə birləşməyi gözləyir. Burada işləyənlər vəhşi Qərb folklorundan qaynaqlanmış kimi bu bazaya “Məzarlıq” adını verib.

“Məzarlıq” dünyanın tək bazası olmasa da, ən böyüyüdür. Arizonanın nəmişliyi aşağı, isti, quru havası təyyarələrin uzun müddət paslanmadan qorunmasını təmin edir.

Əlavə olaraq, torpağın 15 sm qatı sərt gildən ibarətdir. Buna görə də bahalı eniş zolaqları və park ramplarına ehtiyac olmadan təyyarələrin park edilməsi mümkün olur.

Təyyarələri istehsal etmək və qorumaq olduqca çox maliyyə tələb edən işdir. Ancaq ömürlərini tamamladıqdan sonra bir çox parçasını yenidən istifadə etmək mümkün olur. Tukson bölgəsinin quru hava şəraiti onların qorunmasını kiçik maliyyə hesabına daha asan hala gətirir. Buna görə də dünyanın ən böyük təyyarə məzarlığı ABŞ cənub-qərbindəki bu bölgədə yerləşir. Burada təyyarələrin bəziləri təmir edilərək yenidən istifadəyə verilir. Bəziləri isə parçalanır və başqa təyyarənin hissəsi kimi ömrünü davam etdirir.

Məzarlığa gətirilən təyyarələr böyük testlərdən keçirilir. Dənizdə istifadə edilmiş təyyarələr dəniz duzundan təmizlənmək üçün yuyulur, benzin çəni boşaldılaraq motoru yağlanır. Daha sonra partlaya biləcək, ya da yanğın çıxara biləcək parçaları sökülüb kiçik dəliklər aliminum bantla bağlanır. Təyyarə asan təmizlənə bilən boya ilə iki-üç qat qara, bir qat isə ağ rənglə boyanır.

Burada nüvə silahı daşıya bilən B-52 tipli bombardman təyyarələrinə də rast gəlinir.

SSRİ ilə ABŞ arasında nüvə silahlarının zərərsizləşdirilməsi məqsədilə bağlanılan sazişə əsasən, B-52-lərin qanadları sökülmüş haldadır. Sovet peyklərinin istədiyində bunu təyin edə bilməsi üçün təyyarələr xüsusi formalarda saxlanılır.

Bazada 400 000 ədəd yenidən istifadəyə verilə biləcək vəziyyətdə olan təyyarə parçaları var.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm