70 dilə tərcümə edilən kitabın ŞOK səhifələri aşkarlandı - Cinsi əlaqə və əxlaqsızlıq...
Bizi izləyin

Maraq dünyası

70 dilə tərcümə edilən kitabın ŞOK səhifələri aşkarlandı - Cinsi əlaqə və əxlaqsızlıq...

II Dünya Müharibəsinin simvollarından birinə çevrilən yəhudi əsilli Anna Frankın nasist işğalı zamanı Amsterdam şəhərində qələmə aldığı gündəliklərə dair yeni fakt üzə çıxıb.

Publika.az xəbər verir ki, məşhur gündəliyin daha 2 səhifəsi ortaya çıxıb. Həmin 2 səhifədə Anna qadınların əxlaqsızlığı və cinsi əlaqələr haqqında düşüncələrini qələmə alıb. Qeydlər 28 sentyabr 1942-ci ilə aiddir.

Gündəliyin 78 və 79-cu səhifələri oxunmaması üçün qəhvə rəngdə kağızlarla örtülüb. Anna burada cinsi əlaqələrlə bağlı tənqidi bir zarafat qeydə alıb: “Alman nasist qadın əsgərlər niyə Hollandiyaya gəlir? Əsgərlərə döşək olmaq üçün”.

Gündəliyin 78-ci səhifəsi oxunmayacaq dərəcədə qaralanıb. Anna burada “bu səhifəni ayıb zarafatlar yazmaq üçün istifadə edəcəm” sözlərini yazıb. Digər səhifədə isə cinsi əlaqə və əxlaqsızlıqla bağlı düşüncələrinə yer verib. Səhifələrin varlığı “Anna Frank Vəqfi” tərəfindən 2001-ci ildə kəşf edilib. Vəqf səhifələri Hollandiya Haygens Tarix Universitetinin köməyi ilə rəqəmsal bir fotomontaj texnikası sayəsində oxuya bilib. Hələlik sadəcə internetdə yayımlanan səhifələr 2019-cu ildə araşdırmanın tamamlanmasından sonra çap ediləcək.

Qeyd edək ki, 1929-cu ildə Almaniyada dünyaya gələn Anna Frank nasist hökumətinin təzyiqi altında 1934-cü ildə Hollandiyaya köçüb. 8 il sonra almanların təzyiqinin artmasından sonra ailəsi Amsterdamın Prinsenqraxt səmtindəki evdə kitab rəfləri ilə bağladılan bir otaqda uzun müddət gizlənib. Ailə 1944-cü ildə həbs edilib. Anna 1944-cü ilin oktyabr ayında bacısı ilə birgə qaçqın düşərgəsinə göndərilib. 1945-ci ildə isə yatalaq xəstəliyindən vəfat edib. Onun qələmə aldığı gündəlik 70-dən çox dilə tərcümə edilib, bir neçə dəfə teatr səhnələrinə qoyulub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm