NATO-nun "qorxulu röyası" - Rusiyanın ən yaxşı DÖYÜŞ TƏYYARƏLƏRİ
Bizi izləyin

Maraq dünyası

NATO-nun "qorxulu röyası" - Rusiyanın ən yaxşı DÖYÜŞ TƏYYARƏLƏRİ

Mərkəzi ABŞ-da yerləşən “The National Interest” (Milli Maraqlar) hərbi mövzulu dərgi Rusiya istehsalı olan universal Su-35 döyüş təyyarəsi haqqında geniş məqalə yayımlayıb.

Publika.az xəbər verir ki, məqalədə Su-35-lər Rusiyanın ən yaxşı təyyarələri adlandırılıb.

Bu döyüş təyyarələri nəslinin üzvləri əvvəlki xələflərindən heç də geri qalmır.

Su-27

Rusiyanın “Sukoi” şirkətinin emal etdiyi bu təyyarə dünyanın ən yaxşı döyüş təyyarələrindən biridir. “The National Interest” bu təyyarəni “NATO-nun qorxulu röyası” adlandırıb.

Su-30

Yaxın hava mübarizələrində radarlı raketlərlə düşmənə aid təyyarələri və pilotsuz hava maşınlarını məhv etmək, hər cür hava şəraitində dəniz və qurudakı hədəfləri vurmaq üçün istehsal edilib.

Su-33

Amiral Kuznetsov təyyarə gəmisində yerləşən bu donanma döyüş təyyarələri çoxfunksiyalılığı ilə seçilir. Su-33 donanma gəmilərini qarşı tərəfin hava hücumlarından qoruyur. Nəslin 4-cü nümayəndəsi 1998-ci ildə Rusiya donanmasının istifadəsinə verilib.

Su-35

Havadan havaya, havadan quruya raket ata bilən bu təyyarələr 8 ton faydalı yük daşımaq potensialına malikdir. Tək pilotlu təyyarə 1 saatda 2500 km məsafə qət edə bilir.

Daha öncə 14 ədəd Su-35 təyyarəsi alan Çin ordunun xidmətinin verilən bu döyüş təyyarələrinin sürət xüsusiyyətlərinə və manver qabiliyyətlərinə üstünlük verir. Su-35 ABŞ istehsalı F-35 təyyarələrindən daha sürətlidir və müxtəlif bucaqlardan hücum edə bilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm