• USD 1,7000 0,00% EUR 2,0069 0,00%
    • GBP 2,2966 0,00% RUB 0,0273 0,00%

Dünyanın ən zəngin dilənçisi - Bankdakı pulu sizi ŞOKA SALACAQ - VİDEO

Dünyanın ən zəngin dilənçisi - Bankdakı pulu sizi ŞOKA SALACAQ

Livanın paytaxtı Beyrutda uzun illərdir dilənçilik etməsi ilə tanınan və dünən ölən bir qadının böyük miqdarda sərvətə sahib olduğu ortaya çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 54 yaşındakı Fatma Məhəmməd Osman adlı qadına aid bank hesablarında 5,5 milyon dollar olduğu məlum olub.

Təxminən 15 ildir Beyrutun əl-Basta əl-Fukai bölgəsində köhnə bir minik avtomobilini özü üçün sığınacağa çevirən fiziki qüsurlu qadın dünən məhəllə sakinləri tərəfindən “yatağında” ölü tapılıb. Təhlükəsizlik güclərinin araşdırmaları zamanı avtomobildə 5 milyon 700 min Livan lirəsi (təxminən 4 min dollar) olduğu müəyyən edilib.

Livanda mayın 6-da keçirilən parlament seçkilərindən sonra “dünyanın ən zəngin dilənçisi” kimi gündəmə gələn Fatma İsrailin Livanı işğal etdiyi 1982-ci ildən bu yana həmin məhəllədə yaşayırdı.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>