Maraq dünyası
Ana bətnindəki körpəni qucaqlamaq mümkün olacaq - YENİLİK
Rusiyada qurulan “Embrio 3D” adlı şirkət körpələrinin dünyaya gəlməsi üçün 9 ay gözləyə bilməyən valideynlərə mujdə verib.
Publika.az xəbər verir ki, şirkət bətndəki dölün ultrasəs fotolarından yararlanaraq körpənin kompüterdə son dərəcə detallı şəkildə bir modelini hazırlayır.
Bu modellər 3D aparatlarla cisim şəklinə salınır. “Embrio 3D”ləri plastik, hətta, qızıl, gümüş, platin kimi dəyərli materiallardan da hazırlamaq olar. Bu modellər əvvəlcə gipsdən hazırlanır, daha sonra müxtəlif metallarla üstü örtülür.
Şirkətin prezidenti İvan Qridin uşaqlarının dünyaya gəlməsini gözləyən dostlarının darıxmaq sindromu qarşısında laqeyd qala bilmədiyini bildirib və belə bir şirkət qurmaq qərarına gəlib. Qridin ilham qaynağını bu sözlərlə ifadə edib:
“Veronika adlı bir dostum var. Qarnındakı körpənin sağlamlığı ilə bağlı narahatlıq içində idi. “Kaş ki, onu görə bilsəm” deyirdi. Dəfələrlə ultrasəs müayinəsinə girdi. Amma bu onu razı salmadı. Mən də yeni texnologiyalar və 3D aparatlarla maraqlanırdım və “gəl sənin körpəni hazırlayaq” dedim.
Bu təcrübədən yararlanan gələcək ana Yuliana Recun hisslərini belə ifadə edir:
“Qarnımdakı körpəmizin 3D modelini sifariş etdik. Çox qəribə hissdir. Uşaq hələ dünyaya gəlməyib, amma biz onu qucağımıza götürə bilirik”.
Lakin Şimali Amerika Radiologiya Dərnəyinin bir yayınında doktor Debrorah Levayn valideynləri bu mövzuda xəbərdar edib. O, əyləncə xətrinə ultrasəs müayinələrinə girməyin təhlükəli olduğunu deyib.
Zümrüd
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı