226 yaşlı qurumun ilk qadın prezidenti
Bizi izləyin

Maraq dünyası

226 yaşlı qurumun ilk qadın prezidenti

Nyu-York Fond Birjasına cümə günündən etibarən rəhbərlik edəcək Steysi Kaninqem bu qurumun 226 illik tarixi ərzində ilk qadın prezidenti olacaq.

Publika.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Steysi Kaninqem, 2014-cü ildən birjanın prezidenti olan Tomas Farlini əvəz edəcək. Birjada 1996-cı ildən işləyən Steysi Kaninqem qurumun tarixində 67-ci prezident olacaq.

Xatırladaq ki, ABŞ-ın ikinci böyük birjası olan NASDAQ-a isə ötən ilin yanvar ayından xanım Adena Fridman rəhbərlik edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm