Yaxın gələcəyin ən çox pul qazandıracaq peşəsi: Brendlər blogerlərin mülkünə çevrilir
Bizi izləyin

Maraq dünyası

Yaxın gələcəyin ən çox pul qazandıracaq peşəsi: Brendlər blogerlərin mülkünə çevrilir

Artıq dünyanın ən məşhur və gəlirli peşəsi internet blogerliyidir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, IPRN beynəlxalq azad PR agentliyi blogerlərin cəmiyyət üzərindəki təsirini araşdırıb. Araşdırmada Avropa, Asiya və Amerikanın ən peşəkar marketoloqları, PR mütəxəssisləri iştirak ediblər. 10 ölkənin nəticələrini topladıqdan sonra mütəxəssislər bu qənaətə gəliblər ki, bu gün marketinqdə uğur əldə etmək istəyən şirkətlər mütləq internetin fenomenləri ilə birgə çalışmalıdırlar.

Artıq yalnız klassik PR-la uğur əldə etmək mümükün deyil. İnternetin məşhur simalarının iştirakı olmadan məhsul kifayət qədər satılmır. Hətta hesablamalara görə, 2020-ci ildə blogerlərin dünya bazarına verəcəyi xeyir 10 milyard dollar təşkil edəcək. Ən son qərar budur ki, blogerlər və internetin məşhur simaları marketingin ayrılmaz parçasına çevrilməlidirlər.

Çinin Weibo adlı internet platformasının gündəlik 132 milyon istifadəçisi var. Burada mövcud onlayn çatlar və o çatların liderləri auditoriya üzərində böyük təsir gücünə malikdirlər.

Bu liderlər aylıq baxış sayı 100 mini ötən blogerlərdir. Bu baxımdan Weibo onunla əməkdaşlıq edən blogerlərin əməyini yüksək dəyərləndirir, PR işlərində onların əhəmiyyətini anlayır. Həmçinin PR menecerlər məhz həmin blogerlərin izləyicilərinin, fanatlarının, bir sözlə böyük insan kütləsinin zövqlərini də bu yolla ayırd edir.

İtaliyada da vəziyyət eynidir. Bütün şirkətlər öz ikişaf templərini blogerlərə borcludurlar. Qida məhsullarından tutmuş, uşaq geyimlərinədək istehsal edən brendlər internet fenomenlərinin yardımı olmadan reklamlarını arzuolunan şəkildə apara bilmirlər.

Hətta Marta Stenay adlı jurnalist qeyd edir ki, blogerlər onların da gəlirinin azalmasına bais olublar. “Bizim müştərilərimizin sayı sürətlə azalır, sosial mediada da şirkətləri reklam etmək üçün blogerləri axtarıb tapmaq məcburiyyətindəyik. Çünki onların sədaqətli auditoriyası var”.

Almaniyalı marketoloqlar nəinki 2018-ci ildə, eləcə də qarşıdakı onilliklər boyu blogerləri ən məşhur fiqur kimi diqqərt mərkəzində saxlamağı qərara alıblar. Məşhur marketoloq Nuray Gülər yeri gələndə iqtisadi əhəmiyyətli blogerləri brend yağışına tutmağı da tövsiyə edir. Xüsusən də, turizmin, qida sektorunun inkişafında onlar əvəzsizdirlər. Əsasən 50 yaşdan yuxarı blogerlər cəmiyyət üzərində böyük təsirə malikdirlər. Gülər qeyd edir ki, blogerlərin videotanıtımları qədər ucuz başa gəlib, böyük nəticə verən ikinci dəyərli reklam yoxdur.

Rusiyanın blogerləri də ölkənin digər reklam şirkətlərindən daha çox güvən qazanıblar. Hətta instaqramda izləyici sayı 20 mini kieçən blogerlərin bahalı brendlərlə əməkdaşlıq üçün çox əhəmiyyətli olduqları vurğulanıb.

ABŞ da bu gün yenicə istehsal olunan texnoloji məhsullarını blogerlərin köməyi ilə daha tez sata bilir. Yan Qusiç adlı mütəxəssis bildirir ki, bəzi məhsulların istehsalına pul ödəmədən öncə blogerlər izləyiciləri arasında bu ideyanı paylaşırlar. İnsanlar tərəfindən laqeyd reaksiya gəlsə, həmin məhsulun layihəsi elə masa üzərində qalır. Həmçinin, misal üçün yeni fotoaparatın reklamında yutub kanalının rolu əvəzsizdir.

İspaniyada da eyni tendensiya müşahidə olunur. Brendlər bir növ instaqram blogerlərinin mülkünə çevrilir. İspan marketoloqlar isə geyim istehsalçılarının öz kolleksiyalarında blogerlərin zövqünü mütləq nəzərə aldıqlarını bildirirlər.

İngiltərənin McOnie agentliyinin marketoloqu Polin Hillan bildirir ki, blogerlərlə münasibət güvən üzərində qurulmalıdır, lakin sənədləşmə işlərindən də imtina etmək olmaz.

Bütün bu faktları nəzərə alsaq, yaxın gələcəkdə ən çox gəlir gətirən peşə blogerlik olacaq. Şansınızı sınamağa tələsin.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm