Səddam Hüseynin gəmisi satışa çıxarıldı - Hotel olacaq - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Səddam Hüseynin gəmisi satışa çıxarıldı - Hotel olacaq - - FOTOLAR

İraqın beşinci prezidenti Səddam Hüseynin 1981-ci ildə xüsusi olaraq düzəltdirdiyi 82 metr uzunluğunda “Bəşər Briz” adlı gəmi hotel kimi istifadəyə veriləcək.

Publika.az xəbər verir ki, iç dekorasiyası qızıldan tərtib edilən gəmi pilotlar tərəfindən hotel kimi istifadə olunacaq.

Gəmi İraq-İran savaşı əsnasında Səudiyyə ərəblərinin əlinə keçib və daha sonra İordaniyaya aparılıb. İraq hökuməti isə qanuni yollarla gəmini 2010-cu ildə geri alıb.

Gəminin içində Səddam Hüseynin xüsusi qəbul otağı, yemək, yataq otaqları, 17 kişik qonaq otağı və 18 kabinet var. Hökumət gəmini 30 milyon dollar qarşılığında satışa çıxarıb. Ancaq gəmiyə alıcı çıxmayıb və hökumət bunu pilotlar üçün hotelə çevirib.

“Bəşər Briz” hazırda Bəsrə Universitetinin dənizçilik məktəbində pilotluq təhsili alan şagirdlərə xidmət verir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm