Bu oyuncaqlar uşaqlar üçün TƏHLÜKƏLİDİR
Bizi izləyin

Maraq dünyası

Bu oyuncaqlar uşaqlar üçün TƏHLÜKƏLİDİR

Dünyanın məşhur idman avtomobil markası "Porsche" öz adıyla istehsal olunan taxta oyuncaq avtomobilləri geri çağırıb.

Publika.az xəbər verir ki, buna oyuncaq avtomobillərin hissələrinin kiçik uşaqlarda boğulmaya səbəb olmasıdır.

Amerika Birləşmiş Ştatları Məhsul İstehlakçılarının Təhlükəsizliyi Komissiyasının rəyinə görə, idman avtomobili 911-dən ilhamlanaraq hazırlanan və ilk "Porsche" adını daşıyan taxta oyuncaq avtomobillərin təkəri və digər hissələri sökülə bildiyindən kiçik uşaqların boğulmasına səbəb olma riski daşıyır.

Polşada istehsal edilən oyuncaqlar "Porsche" tərəfindən geri çağırılıb. Şirkət, valideynlərə oyuncaqların altındakı nömrə ilə onun geri çağrılanlardan olub-olmadığını yoxlamağa çağırıb. Eyni zamanda, ödənilən pulun geri qaytarılacağını bəyan edib.

Bununla yanaşı, şirkət valideynləri diqqətli olmağa çağırıb.

Qeyd edək ki, bu vaxta qədər həmin oyuncaqlarda ABŞ və Kanadada 25 dollardan 2 min ədəd satılıb. Lakin heç bir ölüm halı qeydə alınmayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm