Dünyanın ən bahalı toyu: 74 milyon dollar xərclədi - - - VİDEOLAR
Bizi izləyin

İnanc

Dünyanın ən bahalı toyu: 74 milyon dollar xərclədi - - - VİDEOLAR

Toyda gəlinin əynindəki paltarın dəyəri nə az, nə çox - düz 2 milyon dollardı.

Hindistanın Karnataka ştatının keçmiş naziri qızının toyu üçün 74 milyon dollar xərcləyib.

Publika.az xəbər verir ki, bu haqda "Daily Mail" nəşri bildirib.

49 yaşlı Qali Canardxana Reddi toyda şounun təşkli üçün səkkiz Bollivud (Hindistanın Mumbay şəhərində kinostudiya –red.) rejissorunu işə götürüb.

Məlumata görə, ölkə mediası bu toyu "dünyanın ən bahalı, ən görməmiş toyu" adlandırıb.

Qonaqlara qızıl suyu vurulub. Toy beş gün davam edib və yerli məşhurlar qonaqları əyləndirib.Toy zamanı gəlin məşhur dizaynerlərin tikdiyi bir neçə geyim dəyişib. Bəyi beş ağ at müşayiət edib. Qızın valideynləri həmçinin mərasim üçün xüsusi olaraq yazılmış mahnını ifa ediblər.

Toya qonaqlar xüsusi hazırlanmış və Fransada çap olunmuş dəvətnamələrlə çağırıblar. Hər dəvətnamə qızıl suyuna çəkilmişdi, brilyant və yaqut qaşlarla bəzədilmişdi.

Reddi Hindistanın ən zəngin siyasətçilərindən biri hesab edilir. O, 2004-cü ildə Karnataka ştatında dəmir filizinin hasilatı üzrə lisenziyanı alıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm