İsa Peyğəmbərin məzarından tapılanların SİRRİ - - FOTO
Bizi izləyin

İnanc

İsa Peyğəmbərin məzarından tapılanların SİRRİ - - FOTO

Məzardan tapılanlar haqda dəqiq məlumat verilmir.

Ötən ay İsa Peyğəmbərin Qüdsdə yerləşən məzarı arxeoloqlar tərəfindən açılmışdı. Arxeoloqlar məzarın birinci qatını açandan sonra daş lövhə ilə qarşılaşdıqları üçün işi dayandırdılar.

Publika.az
xəbər verir ki, məzarı açan arxeoloqların əvvəlcə davam etməkdən vaç keçdikləri və ətrafı bərpa etmək istədikləri deyilsə də, bununla bağlı yeni faktlar ortaya çıxıb.

Məlumatlara görə, arxeoloqlar məzardan qəribə daşlar tapıblar və bu daşlar yoxlanılması üçün İsraildə labatoriyaya göndərilib. Laboratoriyadan cavablar 5 ay müddətində gəlməlidir.

Mediaya açıqlanan məlumatda arxeoloqların bu daşlar vasitəsilə məzar haqqında ətraflı öyrənmək, həmçinin, əvvəlki formasında bərpa etmək istəyinin olduğu deyilsə də, fərqli məlumatlar da ortaya çıxıb. Belə ki, tapılan daşların məzarın divarlarına aid olmadığı və tamamilə başqa cism olduğu haqda informasiyalar yayılıb. Lakin məzardan tapılanlar haqda dəqiq məlumat verilmir. Bərpa işlərinin 2017-ci ildə tamamlanacağı deyilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm