Dəli olmaq və ölmək istəmirsizsə, oxumayın! - FOTOLAR
Bizi izləyin

İnanc

Dəli olmaq və ölmək istəmirsizsə, oxumayın! - FOTOLAR

Buna başqa kürələrdən gəlmə deyilir.

Oxuyanın sağlamlığına təsir edən, fövqəltəbii qüvvələrin izah edildiyi, cadu və digər varlıqlarla bağlı maraqlı məlumatların yer aldığı kitablar haqqında yəqin ki, eşitmisiz. Yaxşı, bəs bir kitab bu yazılanları reallaşdırma qüdrətinə həqiqətən sahibdirsə?..

Publika.az bu deyilənlərə sahib olan “Nekronomikon” adlı bu kitab haqqında maraqlı faktları təqdim edir:

“Nekronomikon” Əl Həzrət adlı ərəb səyyah tərəfindən eramızın 70-ci illərində Şamda yazılıb. Nəşrin orijinalı heç vaxt tapılmasa da, müəyyən bir qisminin yazılı olduğu halı günümüzə gəlib çatıb. Kitabın bu qədər populyar olması isə həqiqətən ürküdücü detalları özündə toplamasından irəli gəlir. Bu, həqiqi bir cadu kitabı olaraq qəbul edilir.

“Ərəbin kitabı”, “ölülərin çağırış kitabı”, “ölü adların kitabı”, “dəli edən kitab” kimi fərqli adlarla bilinən nəşrin insanlara qorxunc fikirlər aşıladığı, qaranlıq həqiqətlərilə oxuyanları dəliliyə və hətta ölümə apardığına inanılır. Məzmunu də olduqca maraqlı və qorxuducu detallarla doldur.

Əl Həzrətin illərlə çöllərdə köhnə gündəlikləri tapması və dəli olmasından sonra pis ruhlarla qarşılaşmasını, habelə insanların yer üzünə gəlməsindən əvvəl yaşanan dövrü, ruhlar aləmi ilə necə ünsiyyət qurulacağını, ölülərin necə hərəkətə gətiriləcəyini izah edir.

Kitabda “İnsan irqi, dünyadan əvvəl başqa bir yerdə idi. Buna başqa kürələrdən gəlmə deyilir. Neoplatonist inanclara görə, izah edilən dünya bənzəri ulduzlarda özlərinin xüsusi həyat formaları var. Bu həyat formalarının xüsusiyyətləri kosmik iyerarxiyanın təkamül xətti ilə müəyyən edilir. Şəxsi zamanların müəyyən edilməsi və xüsusi simvollardan istifadə onlarla əlaqə qurula bilər və onlardan istənilən kosmik məlumatlar alına bilər, o zaman keçmişə və gələcəyə hakim olmaq mümkündür. Amma bu təhlükəli bir yoldur, çünki insan daşıya biləcəyi məlumatı əldə etməli və bunun fərqində olmalıdır”, - deyilir.

Mütəxəssislərə görə, Nostradamusun məşhur “Yüzlüklər”inin ilk iki dördlüyündə izah metodunun qaynağı “Nekronomikon”dan götürülüb.

“Nekronomikon”da gələcəyi görmənin yolları izah edildiyi üçün Nostradamusun gələcəyi görə bilməsinin bu sayədə mümkün olduğu iddia edilir.

Nostradamusun yazdığı ilk cümlələr belədir: “Gecə yarısı, gizli otağımda tək başına çalışarkən, otururam üç ayaqlı düyüdən olan stulumda. Kiçik bir işıq gəlir, insansız yerdən. Fikirlərimi işıqlandırır, taleyimin boş yerə olduğuna inanmıram.

Əsa əllərimin arasında, danışırlar budaq mühitindən, su tərpənir, böyük bir qorxu, içdən bir səs, fərqli titrəmə, ilahi işıq, müqəddəs xəbər artıq yanımdadır”.

Oxuyanların necə dəli olması mövzusuna gəldikdə, kitabın bildiyimiz, inandığımız hər şeyi rədd etməsi, reallığın çox fərqli və bəlkə də çox mərhəmətsiz olması ucbatından oxuyanlar şoka girir və beyinlərində klidlənirlər.

Ürküdücü gerçəklərlə dolu olan bu kitabın onlarla kopiyası satışdadır. Bir iddiaya görə isə, papalıq tərəfindən qadağan edilmiş olan kitabın Vatikanda saxlandığı və bir surətinin da İngilis Muzeyindədir.

Bəzi qaynaqlar isə Adolf Hitlerin kitabın bir kopiyasını ələ keçirdiyini ifadə edirlər.

Son olaraq kitabın yazıçısı Çılğın Ərəb belə deyir: “Bu gizli səhifələr Babil yaranmamışdan əvvəl köhnə inanca sitayiş edən rahiblərə aiddir və onların dilində yazılıb. Bunu öz ölkəmin dilinə çevirdim ki, hər kəs anlasın. Mən bu yazıya artıq olmayan 7 əfsanəvi şəhərdə gəzərkən qarşılaşdım. Tanrılar arasında zamandan əvvəl olan döyüşləri, rahiblərin gördüyü qorxu və çirkinliyi, onların səbəblərini, təbiətləri, şeytani insanlar üçün ən yaxşısını izah edirdi. Bu sözlərə qulaq verin və xatırlayın! Çünki xatırlamaq ən əhəmiyyətli və ən təsirli sehrdir, keçmişi xatırlayan, olmaq və gələcək olan şeyləri xatırlamaqla eynidir. Bu yazını hazır olmayana göstərməyin, dəlilik yaradır, insanda və heyvanda...”

Dilrubə Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm