İnanc
"Quran səhv tərcümə olunub, islamda əl və baş kəsmək, daş-qalaq cəzaları ..." - - VİDEO
İslamda cəzalar 2 yerə ayrılır: hədd və təzir cəzaları. Allahın "Qurani-Kərim"də təyin etdiyi və ləğv edilmə şansı olmayan cəzalar hədd cəzası sayılır. Təzir isə müəyyən səlahiyyətli şəxslərə həvalə edilən və nisbətən kiçik məsələlərlə bağlı tətbiq olunan cəzalardır. Məsələn, yol hərəkəti qaydası təzir sayıla bilər. Amma yol hərəkətində kimisə vurub öldürmək artıq hədd cəzasına aiddir. Bu zaman Allahın cinayətlə bağlı təyin etdiyi cəza tətbiq edilir.
Bunu ilahiyyatçı Elşad Miri "Yaşıl orta"
verilişində deyib. O bildirib ki, bəzi cəzalar isə fərqli, daha
doğrusu yanlış təqdim olunub: "Biz "Qurani-Kərim"i diqqətlə oxuyub,
ayələri təhlil etsək, görərik ki, hədd kimi təqdim olunan bəzi
cəzalar hədd deyil və əslində islamda olmayan cəzalardır. Məsələn,
əl kəsmək, daş-qalaq etmək, dindən dönəni öldürmək, baş kəsmək kimi
cəzaların islamda gerçək qaynağı yoxdur və dinimiz bu əməlləri
buyurmur. Eləcə də əllə ayağı çarpaz kəsmək kimi cəza da islamda
olmayan bir hökmdür. Bizə hədd kimi təqdim olunan bu cəzalar tətbiq
olunduğu zaman elə İŞİD-in edam səhnələri ortaya çıxır. Halbuki
İŞİD adında islam sözünü daşıyan bir terror təşkilatıdır. Amma
həyata keçirdikləri edam cəzalarının gerçək olmayan dini mənbələrdə
istinadları var. İŞİD də deyir ki, bizim etdiyimiz edamların-baş və
əl kəsməyindini mənbələrdə hökmləri var. Bu gün "Qurani-Kərim"in
yanlış tərcümələrində və peyğəmbərə istinad olunan rəvayətlərdə,
uydurma hədislərdə baş və əl kəsməyə rast gələ bilərsiniz. Halbuki,
aləmlərə rəhmət olaraq göndərilən Allah rəsulu heç zaman bir
insanın başının və əlinin kəsilməsinə razı olmazdı. Nə də "Quran"ın
ərəbcə orijinalında baş kəsilməsindən söhbət getmir. Bunlar uydurma
hədislər və ayələrin səhv tərcüməsindən qaynaqlanır".
E.Miri qeyd edib ki, dindən dönənin öldürülməsi ilə bağlı bir ayə
də yoxdur: "Gerçək islamda baş kəsmək kimi cəza da yoxdur. Baxın,
"Qurani-Kərim"in "Məhəmməd" surəsinin 4-cü ayəsi dilimizə belə
tərcümə olunub: "Ey möminlər, kafirlərlə qarşılaşdığınız zaman
boyunlarını vurun. Nəhayət onları məğlub etdikdə, kəndirlə möhkəm
bağlayın". Bu ayə digər tərcümələrdə də belə çevrilib. Amma ayəni
ərəb dilində oxuyanda görürük ki, söhbət insan boynundan deyil,
müharibə zamanı strateji yerdən, yüksəklikdən gedir. Ayədə ərəbcə
"fadarbər rıqab" ifadəsi keçir. Bunu boyunu vurun kimi tərcümə
edirlər. Halbuki ərəb dilində boyun sözü, insan boğazı "unuq"
sözüdür. Ayədəki rıqab isə yüksəklikdir. Odur ki, ayə əslində belə
tərcümə olunmalıdır: "yüksəkliyi, nəzarət qülləsini vurun".
"Quran"nın bu kimi bir sıra ayələri var ki, dilimizə doğru tərcümə
olunmayıb. Səhv tərcümənin və uydurma hədislərin nəticəsidir ki, bu
gün də islam toplumunda əl və baş kəsmək, daş-qalaq etmək kimi
dində olmayan cəzalar həyata keçirilir".
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO