İnanc
Şeytanın vəsvəsələrinə qalib gəlməyin YOLU
Allah Təala Quranda insanın düşmənlərini tanıtmışdır ki, onlardan biri də şeytandır.
Dünya həyatında bəzi insanlar vardır ki, insanlara qarşı
düşmənçiliklərini gizlədirlər, ancaq şeytanı öz dostu hesab
edirlər. “Ey Adəm övladı, məgər Mən (peyğəmbərlər və öz
ağlınız vasitəsilə) sizə buyurmadımmı ki: «Şeytana ibadət etməyin!
Şübhəsiz, o sizin açıq-aşkar düşməninizdir?!»”. (“Yasin”
60).
Bu təhlükəli düşmənə diqqətsizlik etmək insanı bəlaya salar. Şeytan
insanı vəsvəsə edən zaman əgər insan onu düşməni bilməzsə, ona
itaət edər və özünə rəhbər seçər.
Quran şeytanın bir çox hiylələrini bizlərə tanıtmışdır. Bu da bizə
şeytanla mübarizə aparmaqda yardım edir. “(Sonra) dedi:
«Mənə de (görüm): Məndən üstün və şərafətli etdiyin bu kəs (nə üçün
belə olmuşdur)? And olsun ki, əgər mənə (onun nəslinin həyatının
sonu olan) Qiyamət gününədək möhlət versən, onun az bir qismi
istisna olmaqla bütün övladlarına cilov vuracağam (və doğru yoldan
azdıracağam)»”. (“İsra” 62).
Şeytan adətən üç tayfa insanı vəsvəsə edər.
Birincisi o kəsdir ki, Allahı yada salmaqdan
uzaq olar. O kəs kimi ki, səhər mağazasını açar və axşam bağlayar
və heç kəslə də işi olmaz. Ondan soruşan zaman ki, qazancın
necədir? Deyər ki, halaldır. Lakin halal ruzinin hökmlərini bilməz.
Sanki robotdur və səhər iş yerinə gələr və axşam qayıdar. İslamın
əhkamından xəbərdar olmaz.
İkinci tayfa o insanlardır ki, Allahın hökmlərinə
qarşı laqeyddirlər, səhlənkarlıq edirlər. Namazı tez-tələsik
qılırlar, əvvəl vaxtda qılmırlar.
Üçüncü tayfa o insanlardır ki, qəflətdədirlər.
Özlərini İlahi dərgahda görmürlər.
Şeytan Allahdan icazə alıb ki, insana qan vasitəsilə daxil olsun.
Sonra da onu vəsvəsə etsin. Şeytan bilir ki, insan bu üç tayfadan
hansına aiddir.
Əxlaq müəllimləri buyurur: “Hər kim bu xəbisin şərindən amanda
qalmaq istəyirsə, gərək daima nəzarətdə olsun. Özünü Allah
dərgahında hiss etsin. Hər kim səhər və gecəsini laqeyd halda
keçirərsə, şeytan tərəfindən daima ovlanar. Bunun üçün Allahın
möhkəm ipindən yapışıb, yalvarmaq lazımdır. Siz gərək Allaha tərəf
bir addım atasınız ki, O, sizə tərəf 10 addım atsın.
Şeytan gecə namazı qılan insanları xüsusilə vəsvəsə edər və onlara
deyər: “Bu, müstəhəb namazdır, gərək öz sağlamlığını
düşünəsən. Gərək gecəni yatasan ki, səhəri dərsə və ya işə gedə
biləsən”. Lakin şeytan bilmir ki, Allah hər səhər çağı insanların
ürəyinə nəzər salar və onu nurani edər. Bu nurani evi şeytanın
çirkin vəsvəsələri ilə kirləndirməyək, daima nəzarətdə olaq”.
(deyerler.org)
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR