Bu gün ilk çərşənbə - Su çərşənbəsidir
Bizi izləyin

İnanc

Bu gün ilk çərşənbə - Su çərşənbəsidir

Baharın gəlişi öncəsi çərşənbələrin əsasən "Su", "Od", "Yel" və "Torpaq" kimi sıralanması qəbul edilib.

Bu gün ölkəmizdə ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur. Nə üçün Su çərşənbəsi və ya el dilində desək, əzəl çərşənbə?

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli açıqlayıb. Alimin sözlərinə görə, baharın gəlişi öncəsi çərşənbələrin əsasən "Su", "Od", "Yel" və "Torpaq" kimi sıralanması qəbul edilib.

A.Əhmədli qeyd edib ki, Azərbaycanın əskər bölgələri ilk çərşənbənin "Su" çərşənbəsi kimi qeyd edilməsini dəstəkləyir: "Biz də ilk çərşənbənin "Su" çərşənbəsi olması üzərində dayanmalıyıq. Çünki canlı orqanizmin yaranması suda mümkün olub. İlk canlı orqanizm suda yarandığı üçün həyatın mənbəyi, onun nüvəsi sudur. Bu da vacib məqamdır".

Qeyd edək ki, axır çərşənbə martın 14-də olacaq.

AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun Trend-ə verdiyi məlumata görə, bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-i Bakı vaxtı ilə təxminən saat 14:29 radələrində baş verəcək.

Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm