Haram aylar hansılardır?
Bizi izləyin

İnanc

Haram aylar hansılardır?

Hələ İslamdan əvvəl cahiliyyə dövründə ərəblər bu 4 ayda müharibə etməkdən çəkinirdilər.

Qurani-Kərimdə buyurulur: "Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onların dördü haram aylardır. Bu, doğru dindir. Ona görə də, həmin aylarda özünüzə zülm etməyin" (Tövbə, 36). Haram aylar rəcəb, zilqədə, zilhiccə və mühərrəm aylarıdır.

Publika.az islam.az-a istinadən bildirir ki, hələ İslamdan əvvəl cahiliyyə dövründə ərəblər bu 4 ayda müharibə etməkdən çəkinirdilər. Bu aylarda müharibə etmək qadağan olduğundan (müdafiə istisna olmaqla), bunlara "haram aylar", yəni "qadağan ayları" deyirdilər. Haram aylarda adətən bazarlar (yarmarkalar) qurulur, şeir müsabiqələri təşkil edilir, müxtəlif tədbirlər keçirilirdi. Əgər haram aylarda müharibə baş versəydi, həmin müharibəni ficar (günah) savaşı adlandırırdılar. Haram ayların elan olunmasında əsas məqsəd müharibələrin, qətl və qarətlərin sayını azaltmaq idi. Çünki cahiliyyə dövrünün ərəbləri savaşmağa çox meylli idilər. Amma haram aylarda müharibəni yarımçıq kəsməyə, fasilə verməyə məcbur olurdular. Çox zaman bu müddət ərzində incikliklər unudulur, tərəflər barışır və sülh imzalanırdı. İslam dini də bu gözəl ənənəni qoruyub saxladı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm