"Bərakəllah" və "Təqva" sözləri nə deməkdir?
Bizi izləyin

İnanc

"Bərakəllah" və "Təqva" sözləri nə deməkdir?

Alimləri təqvanı üç mərtəbəyə bölüblər.

"Bəərakəllah" - Allah mübarək, xeyirli-bə­rəkətli etsin deməkdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu ifadəni dualarında tez-tez istifadə edərdi.
"Təqva" - Allah qorxusu ilə günahlardan qorunmaq deməkdir. Mütttəqi də təqva üzrə yaşayan möminə, təqvalı müsəlmana deyilir: "Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və çaylar kənarında, Qadir Hökmdarın hüzurundakı haqq məclisində olacaqlar!" (əl-Qamər, 54-55).
Həqiqətən, Uca Allah müttəqiləri sevir". (Ali-İmran, 76; ət-Tövbə, 4-7-44; Məryəm, 85).
"Uca Allah insanlardan təqvalı olmağı istəmiş və təqvanı bəndələrin bir-birindən üstünlük meyarı təyin etmişdir". (əl-Hucurat, 13).
Təqvanın yeri qəlbdir. Əbu Hureyrə (radıyallahu anhu) rəvayət edir ki, peyğəmbərimiz üç dəfə (sinəsinə (yəni, qəlbinə) işarə edərək belə demişdir: "ət-Təqva həə hunəə" (Təqva buradadır)...". (Muslim, 2564).
Alimləri təqvanı üç mərtəbəyə bölüblər. Bunlar aşağıdakılardır:
Xeyirxah, əməli-saleh işlərdə çalışaraq, yarışaraq öndə gedənlər.
Xeyir əməllərdə çalışmadan, yarışmadan sadəcə vaciblər əməlləri yerinə yetirməklə haramlardan, günahlardan çəkinərək kifayətlənənlər.
Allahı şərik qoşmayan, lakin günahlar edərək özlərinə zülm edənlər.
Bunun dəlili aşağıdakı ayədir: "...Onlardan kimisi özünə zülm edər (pis əməlləri yaxşı əməllərdən çox olar), kimisi mötədil (pis əməlləri ilə yaxşı əməlləri bərabər) olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə (başqalarını ötüb) irəli keçər (yaxşı əməlləri pis əməllərindən çox olar). Böyük lütf də budur". (Fatir, 32).

zikr.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm