İnanc
Dəccal kimdir və nə vaxt gələcək?
Məsihi Dəccal Adəm övladından olan bir kişidir. Qiyamətə yaxın vaxtda çıxacaq və insanların çoxu onun fitnəsinə uyacaqdır. O bir sıra fövqəladə əməllər edəcək və Allahlıq iddiasında olacaq, lakin onun etdikləri möminlərə təsir etməyəcək.
Publika.az zikr.az-a istinadən bildirir ki,
Məkkə ilə Mədinədən savayı hər yerə gedəcək, onun cənnəti və
cəhənnəmi olacaq, lakin onun cənnəti cəhənnəm, cəhənnəmi isə cənnət
olacaq. Abdullah ibn Ömər demişdir:
"Peyğəmbər camaatın arasında ayağa qalxıb Allaha - Ona layiq tərzdə
təriflər dedikdən sonra dəccalı yada salıb dedi: "Mən sizi ondan
xəbərdar edib çəkindirirəm. Elə bir peyğəmbər olmamışdır ki,
ümmətini ondan çəkindirmiş olmasın. Nuh da öz ümmətini ondan
çəkindirmişdir. Lakin mən dəccal barəsində sizə elə bir söz
deyəcəyəm ki, onu heç bir peyğəmbər öz ümmətinə deməmişdir. Bilin
ki, o, təkgözdür. Allah isə təkgöz deyildir." (Səhih əl-Buxari,
3057).
Həmçinin demişdir: "Məsih Dəccal alçaqboylu, əyriayaq, buruqsaç,
təkgöz - gözü də sürtülmüş, nə domba, nə də batıq olan bir
kişidir. Əgər çaşbaş qalsanız (onun kim olduğunu ayırd edə
bilməsəniz,) bilin ki, Rəbbiniz təkgöz deyildir" (Əbu Davud, 3763).
Ona Məsih Dəccal deyilməsinin səbəbi məhz bir gözünün sürtülmüş
olmasına görədir. Məsih sözü sürtülmüş, məsh edilmiş deməkdir.
Həmşinin demişdir: "...Sonra dönüb qarşımda qırmızıdərili,
cüssəli, buruqsaç və sağ gözü kor olan birisini gördüm. Onun gözü
sanki domba üzüm dənəsi idi. Mən soruşdum: "Bu kimdir?" Dedilər:
"Bu, Dəccaldır!.." (Səhih əl-Buxari, 3441).
Həmçinin demişdir: "Dəccalın iki gözü arasında "kəf, fə, ra" yəni
kafir sözü yazılıb. Oxumağı bacaran və bacarmayan hər bir müsəlman
onu oxuyacaq" (Səhih Muslim, 2933).
Həmçinin demişdir: "Dəccal zühur edəcəyi zaman onun yanında su və
od olacaq. İnsanlar nəyi od zənn edəcəklərsə, əslində, bu, sərin
su olacaq. Nəyi sərin su zənn edəcəklərsə, o, yandırıb-yaxan bir od
olacaq. Sizlərdən kim o vaxta qədər yaşasa, od zənn etdiyi şeyin
içinə girsin. Həqiqətdə, o, şirin və sərin bir su olacaq" ("Səhih
əl-Buxari", 3450).
Dəccaldan qorunmağın yolları
Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun -
namazda dua edib deyərdi: "Allahummə inni əuzu bikə min
əzabil-qabri və min əzabin-nari və min fitnətil-məhyə vəl-məmati
və min fitnətil-məsihid-dəccal. (Allahım! Qəbir əzabından,
Cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən və
məsihid-dəccalın fitnəsindən Sənə sığınıram!)" (Səhih
əl-Buxari, 1377).
Peyğəmbər demişdir: "Kim "əl-Kəhf" surəsinin əvvəlindəki on ayəni
əzbərləsə, bu onu Dəccalın fitnəsindən qoruyar" (Səhih Muslim,
1919).
Digər rəvayətdə isə belə demişdir: "Kim "əl-Kəhf" surəsinin
axırındakı on ayəni oxuyarsa, bu onu Dəccalın fitnəsindən qoruyar"
(Səhih Muslim, 1920).
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ